Böyük Britaniyanın Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşmüşdür

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə Böyük Britaniya səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. MSK sədri seçkilərə hazırlıq prosesi barədə ətraflı məlumat vermiş və görüləcək işlərdən danışmışdır.
Başqa ölkələrin əsrlər boyu qurduğu sistemi yeni müstəqillik qazanmış ölkələrin qısa müddət ərzində formalaşdırmaq məcburiyyətində qaldığını bildirən xanım diplomat bununla bağlı müsbət təcrübənin müşahidə edildiyini vurğulamışdır. K.Braun Azərbaycandakı inkişafdan məmnunluq ifadə etmiş və Böyük Britaniyanın ölkəmizi dəstəklədiyini dilə gətirmişdir. Səfir Mərkəzi Seçki Komissiyası tərəfindən atılan addımlarla bağlı razılığını ifadə etmişdir.
Görüşdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Böyük Britaniya səfirliyi ilə əmkdaşlığın gələcək perspektivləri də müzakirə edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında