Azərbaycan ilə Latviya arasında əlaqələr yüksələn xətlə inkişaf edir

Azərbaycan ilə Latviya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Münasibətlərimizin çox yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Prezidentlərimizin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün hüquqi baza yaratmışdır.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov sentyabrın 14-də ölkəmizdə səfərdə olan Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşdə söyləmişdir.
O.Əsədov xanım Vayra Vike-Freyberqanın Latviyanın Prezidenti kimi ölkəmizə səfərini xatırlatmış, ötən müddət ərzində Azərbaycanda həyata keçirilmiş layihələrdən danışmışdır.
Milli Məclisin sədri bildirmişdir ki, Avratlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasətində prioritetdir. Rəsmi Bakı BMT və Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. Biz BMT-nin YUNİSEF, YUNESKO, Qaçqınlar üzrə Ali Komissarlığı və digər struktur təşkilatları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçiririk. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr bizim üçün çox önəmlidir. Lakin hesab edirik ki, dünyada sülhün, təhlükəsizliyin qarantı olan bu nüfuzlu beynəlxalq təşkilatda da bəzi islahatlar aparılmalıdır. Çünki işğalçı Ermənistanın BMT-nin qərar və qətnamələrinə məhəl qoymamasına göz yummaq olmaz.
O.Əsədov xanım Vayra Vike-Freyberqanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin edilməsi barədə təklifini də yüksək dəyərləndirmişdir.
Parlamentlərarası əlaqələrdən danışan O.Əsədov bildirmişdir ki, hər iki ölkənin parlamentində dostluq qrupları vardır. Bu qruplar münasibətlərimizin inkişafında mühüm rol oynayırlar. Deputatlarımız beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirən Vayra Vike-Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü, paytaxtın gözəl və müasir bir şəhərə çevrildiyini xüsusi qeyd etmişdir.
O, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında