“Siyasi məhbus” dəllalları, yaxud özgə dəyirmanına su tökənlər

Son aylar ərzində Azərbaycanda QHT-lərlə, özəlliklə də ölkə daxilində fəaliyyət göstərən xarici QHT-lərlə bağlı proseslər fonunda bir də “siyasi məhbus” dəllallarının fəallığı diqqət çəkir. Ən maraqlısı isə budur ki, kiminsə yatıb yuxuda gördüyü, səhər qalxıb tərtib etdiyi hansısa siyahı əsas tutularaq Azərbaycana qara yaxılır, dövlətimiz qarşısında əsassız tələblər qoyulur.

Ölkəmizin yerini xəritədə belə düz-əməlli tanımayan bir sıra xarici təşkilatlar, bəzi lobbiçi deputatlar bizi, az qala, dünyanın bütün bəlalarının səbəbkarı kimi qələmə verirlər. İddiaları da budur ki, guya, Azərbaycanda demokratiya pozulur, sən demə, insanlar qorxudan küçəyə belə çıxa bilmirlər, biz çox ciddi senzura və basqı altında yaşayırıq. Hər halda, onlar belə iddia edirlər.  Təbii ki, ölkə içində oturub hər şeyi dərindən hiss edən və ədalət hissini itirməyən insanlar  bunun əksini görür və deyirlər. Bu ölkədə hətta elə bir durum da var ki, illər öncə “siyasi baxışlarına görə təqibə məruz qaldığı üçün” Azərbaycandan mühacirət etmiş insanlar belə istədikləri vaxt bura gəlib-gedirlər, hətta övladlarına Bakının tən ortasında toy da edirlər. Amma o beynəlxalq siyasət dəllalları bunu da görməzliyə vururlar. Kor bir inadla iddia edirlər ki, Avropa Azərbaycan siyasi mühacirlərilə dolub-daşır, çünki bu ölkədə dözülməz şərait var. Bu arada daha bir məqamı qeyd edim ki, avropalılar “siyasi məhbus” iddiaları ilə Azərbaycanın üzərinə gələrkən, qeyri-siyasi səbəblərlə həbsə düşmüş həmkarımız Sərdar Əlibəyli də çox haqlı bir açıqlama verdi. O, çörəyi “siyasi məhbus”lardan çıxanlara müraciətlə adının belə siyahılardan çıxarılmasını tələb etdi. Əsaslandırması da bu idi ki, kimlərinsə Azərbaycanın üzərinə ayaq açmaq istədiyi, Ukrayna, Yaxın Şərq, Rusiya kimi ölkələrdə baş verənlərin həm də bizə risk təşkil etdiyi bir vaxtda bədxahlarımızın əlinə bəhanə vermək olmaz.  Əlbəttə, istər Azərbaycan dövləti, istərsə də onun rəhbəri daim sadiq qaldığı humanizm və mərhəmət prinsiplərini davam etdirməklə yanaşı, hansısa beynəlxalq qurumların basqıları qarşısında geri çəkilib güzəştə getməməlidir. Prezident İlham Əliyev bu yaxınlarda imzaladığı növbəti əfv sərancamı ilə daha 84 vətəndaşı vaxtından əvvəl normal həyata qaytardı. Haqlı olaraq, bu humanist aksiya beynəlxalq aləmdə rəğbətlə qarşılandı.

Sonda onu da əlavə edim ki, Sərdar Əlibəylinin müraciətindən yetərincə uzun zaman keçsə də, beynəlxalq qurumlar hələ də onu “siyasi məhbus” siyahısında saxlamaqda davam edirlər. Bu isə bir daha sübut edir ki, kimlərəsə, süni də olsa, şişirdilmiş siyahılar lazımdır. Qoy onlar bilsinlər ki, Azərbaycanda konkret cinayət işlədib həbsə düşənlər, səhvini anlayıb əfv olunmalarını xahiş edənlər bağışlanır, qatı cinayətkar ola-ola “siyasi məhbus” adlandırılanları isə azadlığa buraxmaq demokratiya ilə bir araya sığmadığından mümkün deyil.

 

Azər HƏSRƏT,

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında