Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə 2010-cu il noyabarın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Demokratiya", "İslahat" və "AXCP-Müsavat" siyasi partiyalar bloklarının qeydə alınmalarına dair məsələyə baxılmış, hər üç blokun qeydə alınması barədə qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası həmin siyasi partiyalar bloklarının, eyni zamanda, Klassik Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli Demokrat Partiyasının və Demokratik Azərbaycan Dünyası Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul etmişdir.
İclasda 36 saylı Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında