Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 6 sentyabr və 8 sentyabr 2010-cu il tarixli iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra 2010-cu il noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar "Qarabağ" və "İnsan naminə" siyasi partiyalar bloklarının qeydə alınmalarına dair məsələyə baxılmış, hər iki blokun qeydə alınması barədə qərar qəbul olunmuşdur. Mərkəzi Seçki Komissiyası həmin siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini də qeydə almışdır.
Komissiya imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və bu qrupun tərkibinin müəyyən edilməsi barədə qərar çıxarmışdır.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında