ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunu ilə bağlı bəyanat yaymışlar

Sentyabrın 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) regiona son səfərlərinin yekunu ilə bağlı bəyanat yaymışlar.
ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 6-dan 9-dək Bakıya, Yerevana və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etdiklərini bildirmişlər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və tərəflərin hərbi nümayəndələri, eləcə də həmsədrlər qoşunların təmas xəttindən piyada Xankəndinə keçmişlər.
Bu, vasitəçilərin 2001-ci ilin noyabrından indiyədək təmas xəttini keçdikləri ikinci haldır. Sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə, sentyabrın 9-da Ermənistan prezidenti Serj Sarkisyanla və sentyabrın 8-də Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə görüşlərində həmsədrlər sentyabrın 6-da açıqladıqları qarşıdakı ayların iş planını təqdim etmişlər. Onlar vurğulamışlar ki, planlarını reallaşdırmaq və ATƏT-in dekabrda keçiriləcək sammitinə qədər qalan müddətdə irəliləyiş əldə etmək üçün tərəflərin daha konstruktiv yanaşmasına ehtiyac olacaqdır.
Həmsədrlər bir daha qəti şəkildə tərəflərdən atəşkəsə hörmətlə yanaşmağı və təmas xəttində təmkinli olmağı xahiş etmişlər.
Həmsədrlər Azərbaycanın BMT-nin Baş Məclisində Dağlıq Qarabağ münaqişəsinə dair qərar layihəsinin müzakirəsini təxirə salmaqla bağlı qərarını alqışlamışlar. Eyni zamanda, onlar bir daha qeyd etmişlər ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yeganə doğru yol olduğu qənaətində qalır.
Qiymətləndirmə missiyasını yerinə yetirmək üçün regiona qayıtmazdan əvvəl həmsədrlər tərəflərlə BMT Baş Məclisinin çərçivəsində işləmək məqsədi ilə Vaşinqton və Nyu-Yorka səfər edəcəklər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında