Xarici İşlər Nazirliyinin BƏYANATI

Bununla bildiririk ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT Baş Məclisinin 64-cü sessiyasının plenar iclasının gündəliyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair" adlı 18-ci bənd və "Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq insan hüquqlarına riayət olunması" başlıqlı A/64/L.57 saylı qərar layihəsi yer almışdır.
ATƏT-in Minsk qrupunun həmsədrləri aidiyyəti tərəflərlə apardıqları intensiv məsləhətləşmələr nəticəsində elan etmişlər ki: "Həmsədrlər işğal olunmuş ərazilərdəki humanitar vəziyyətin öyrənilməsi məqsədilə faktaraşdırıcı missiyanın həyata keçirilməsi üçün sentyabrın sonu, oktyabrın əvvəllərində regiona qayıdacaqlar... 2005-ci ilin əvvəlində keçirilmiş ATƏT-in faktaraşdırıcı missiyasından sonra, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və digər qurumların nümayəndələri də daxil olmaqla, bir sıra yüksək səviyyəli məsləhətçilər və ekspertlərdən ibarət qrupun müşahidəsi ilə bu ərazilərə həmsədrlərin ilk beynəlxalq missiyası olacaqdır".
Bu anlayışa əsaslanaraq və xoş məram, konstruktivlik mövqeyindən çıxış edərək, Azərbaycan tərəfi BMT-nin üzvü olan dövlətlərin heyətlərindən 64-cü sessiyanın plenar iclasının gündəliyində olan A/64/L.57 saylı qərar layihəsinin baxılmasının təxirə salınmasını, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair" adlı bəndin baxılmasının isə Baş Məclisin 65-ci sessiyasının gündəliyinə salınmasını xahiş etmişdir. Bu barədə Azərbaycan Respublikasının BMT-də daimi nümayəndəsi A.Mehdiyev sentyabrın 9-da BMT-nin Baş Məclisində çıxışında məlumat vermişdir. Ermənistan nümayəndəsi Azərbaycan tərəfinin çıxışından sonra heç bir çıxış etməmişdir.
Bakı, 9 sentyabr 2010-cu il.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında