Azərbaycan ilə Latviya arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, sentyabrın 13-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan BMT-nin Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşmüşdür.
Azərbaycan ilə Latviya arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini deyən E.Məmmədyarov ölkəmizin xarici siyasətində Avratlantik strukturlara inteqrasiyanın prioritet təşkil etdiyini vurğulamışdır.
Nazir Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda həyata keçirilən enerji və infrastruktur layihələrinin regionun inkişafında mühüm rol oynadığını bildirmişdir. E.Məmmədyarov Ermənistanın Azərbaycanın ərazilərini hələ də işğal altında saxlaması və münaqişənin həllinə dair aparılan danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqenin bu ölkənin regional inkişafdan yararlanmasını əngəllədiyini demişdir. V.Vike-Freyberqa Cənubi Qafqaz regionunun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirərək təəssüflə bildirmişdir ki, seçim qarşısında olan Ermənistan mövcud fürsətdən istifadə etməmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında