Niderland Krallığı Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden sentyabrın 8-də Milli Məclisə gəlmişdir.
Senatın sədri Milli Məclisin iclas zalı, yeni inzibati binası ilə tanış olmuş, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Sonra qonaq parlamentin binasındakı Heydər Əliyev Xatirə zalına baxmış, ulu öndərin həyat və fəaliyyətini, müxtəlif illərdə dünyanın nüfuzlu ictimai və siyasi xadimləri ilə görüşlərini, mötəbər beynəlxalq təşkilatlardakı çıxışlarını əks etdirən fotoları, eksponatları maraqla seyr etmişdir. Niderland Krallığı Senatının sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Daha sonra Rene Van der Linden Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov qonağı salamlamış və demişdir ki, Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında münasibətlər inkişaf edir. Belə yüksək səviyyəli səfərlər əlaqələrimizin möhkəmlənməsinə təkan verir.
Milli Məclisin sədri Rene Van der Linden ilə əvvəlki görüşlərini, onun AŞPA-ya sədrliyi dövründə Azərbaycana daim dəstək verdiyini məmnunluqla xatırlamışdır. Bildirmişdir ki, Rene Van der Linden AŞPA-ya sədrliyi dövründə olduğu kimi, yenə də Azərbaycanın dostu olaraq qalır. Senatın sədri seçildikdən dərhal sonra sizin təşəbbüsünüzlə Niderland-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması bunu bir daha təsdiq edir. Ümid edirik ki, bu münasibət dəyişməyəcəkdir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sizin və dövlətinizin tutduğu mövqeyi də yüksək qiymətləndiririk.
Rene Van der Linden onu Azərbaycana səfərə dəvət etdikləri üçün Prezident İlham Əliyevə və Milli Məclis sədrinə minnətdarlıq etmişdir. Senatın sədri demişdir ki, Niderland Krallığı Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Qlobal maliyyə böhranına baxmayaraq, Niderlandın Azərbaycanda səfirliyini açması buna əyani sübutdur. Bu səfərimizin əsas məqsədi də siyasi, iqtisadi və digər sahələrdə, xüsusən də parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlarda ümumi maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmək, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında