ABŞ dövlət katibinin keçmiş köməkçisi: "Brayzə Azərbaycanda səfir təyin olunarsa, Birləşmiş Ştatların bu ölkədəki maraqlarına riayət olunacaqdır"

Nüfuzlu "Vaşinqton tayms" qəzeti Beynəlxalq Respublika İnstitutunun (ABŞ) prezidenti Loran Kranerin Mətyu Brayzənin ABŞ-ın Azərbaycandakı səfəri vəzifəsinə namizədliyi ilə bağlı məqaləsini dərc etmişdir.
L.Kraner yazır: "ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə keçmiş köməkçisi kimi mən "Sərhədsiz repartyorlar" təşkilatına böyük hörmət bəsləyirəm. Lakin təəssüflə deməliyəm ki, təşkilatın sədri Jan-Fransua Culyarın həmmüəllif olduğu məqalə ("Emissary entanglements", Opinion, 12 avqust) təşkilatın yüksək standartlarına uyğun deyildir".
ABŞ dövlət katibinin keçmiş köməkçisi yazır: "Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Mətyu Brayzənin məqalədə insan hüquqlarına laqeyd diplomat adlandırılması nəzakətsizlikdir".
L.Kraner Brayzə ilə 10 illik birgə fəaliyyəti əsasında onu yetərincə ixtisaslı əməkdaş adlandıra biləcəyini vurğulamışdır. Brayzə uzun illər müxtəlif ölkələrdə demokratiyanın inkişafına səy göstərmişdir.
Məqalədə deyilir: "2004-cü ildə mən Beynəlxalq Respublika İnstitutuna qayıdandan sonra biz Brayzə ilə Qırğızıstan və Qazaxıstan kimi ölkələrdə demokratiyanı inkişaf etdirmək üçün sıx əməkdaşlıq şəraitində işləmişik".
Müəllifin sözlərinə görə, Brayzə Azərbaycanda səfir təyin edilərsə, ABŞ-ın Azərbaycandakı bir çox maraqlarına riayət olunacaqdır.
L.Kraner yazır: "Brayzə bizim Azərbaycanda azadlıq və demokratiyanın inkişafında iştirakımızı təmin edəcəkdir. Çox istedadlı ABŞ diplomatlarından biri Bakıda səfir təyin ediləcəyi təqdirdə, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında