Veronika KOTEK: "Azərbaycanda parlament seçkilərinin demokratik keçirilməsi üçün hər cür şərait vardır"

Azərbaycanda parlament seçkiləri çox demokratik şəkildə keçiriləcək və bunun üçün ölkədə hər cür şərait vardır.
Bu sözləri Avropa Şurasının (AŞ) Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek demişdir.
V.Kotek bildirmişdir ki, Azərbaycanda keçiriləcək parlament seçkləri ölkənin gələcəyi baxımından çox əhəmiyyətlidir. AŞ seçkiləri yaxından izləyəcəkdir. Seçki çox mühüm siyasi kampaniya olduğundan onun demokratik şəkildə keçirilməsi vacib məsələdir. Bunun üçün Azərbaycanda qanunvericiliyə uyğun hüquqi baza formalaşdırılmışdır.
Azərbaycanda seçkiqabağı mühiti müşahidə etmək üçün bu ilin oktyabrında AŞ-nin beş nəfərdən ibarət qısamüddətli müşahidə missiyası ölkəmizə gələcəkdir. Onlar üç gün müxtəlif dairələrdə müşahidə aparacaqlar. Nəticə isə seçki prosesi qurtarandan sonra hökumətə təqdim ediləcəkdir.
V.Kotekin sözlərinə görə, səfər çərçivəsində AŞ-nin müşahidə missiyası hökumət və siyasi partiya rəsmiləri ilə də görüşəcəkdir. Ümumilikdə isə seçkiləri Avropa Şurası Parlament Assambleyasının 30 nəfərdən ibarət müşahidə missiyası izləyəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında