Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində çox konstruktiv mövqe nümayiş etdirir

Azərbaycan ilə Niderland dost ölkələrdir. Bizim əsas məqsədimiz bu dostluğu daha da möhkəmləndirmək və inkişaf etdirməkdir.
Bu sözləri Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden jurnalistlərə müsahibəsində demişdir.
Rene Van der Linden demişdir: "Mən üçüncü dəfədir Azərbaycana səfər edirəm. Səfər müddətində siyasi, iqtisadi sahələrdə əməkdaşlığımızın inkişafına dair müzakirələr aparacağıq. Son illər parlament diplomatiyasının da rolu xeyli artmışdır. Deputatlarımız müxtəlif səmərəli görüşlər keçirirlər".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran Senatın sədri demişdir ki, Niderland Krallığı münaqişənin sülh yolu ilə ədalətli həllinə tərəfdardır. Bu məsələ sülh yolu ilə nizamlanmayınca regionda bir sıra məsələlərin həlli çətinləşə bilər.
Problemin həllində rəsmi Bakının mövqeyini yüksək qiymətləndirən Rene Van der Linden bildirmişdir ki, Azərbaycan Prezidenti bu məsələdə çox konstruktiv mövqe nümayiş etdirir. Bu, digərlərinə də nümunə olmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında