ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması faktlarını qətiyyətlə pisləmişdir

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bəyanatla çıxış etmişdir.
K.Saudabayev son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyunca atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləmişdir. O, hər iki tərəfdən insan itkilərinin sayının artmasının ciddi narahatlıq yaratdığını demişdir.
ATƏT sədri bildirmişdir ki, istənilən atəşkəs pozuntusu konstruktiv dialoqun fəallaşdırılması imkanlarını məhdudlaşdırmaqla, Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini pozur.
Bununla əlaqədar fəaliyyətdə olan sədr həmsədrlərin sentyabrın 6-da verdikləri və tərəfləri atəşkəs razılaşmalarına riayət etməyə, qarşılıqlı ittihamlardan çəkinməyə, təmkinli olmağa çağıran bəyanatını dəstəkləyir. Həmsədrlər tərəfindən ATƏT-in Astana sammiti ərəfəsində münaqişənin həllinə dair kompromislərin axtarışının intensivləşdirilməsi üzrə payıza planlaşdırılan tədbirlər yalnız münaqişə tərəflərinin irəliləyiş əldə olunmasına səmimi maraq göstərəcəkləri təqdirdə nəticə verəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında