Dağlıq Qarabağ məsələsinin BMT-də müzakirəyə çıxarılması problemin nə qədər ciddi olduğunu təsdiqləyir

BMT müstəvisində Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin müzakirəyə çıxarılması olduqca vacibdir.
Bu sözləri Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir. R.Aslanova bildirmişdir ki, bu, böyük bir prosesin növbəti mərhələsidir. Yəni bu məsələ ayrı-ayrı beynəlxalq təşkilatlarda müzakirə olunmuşdur. BMT-nin Baş Məclisində Dağlıq Qarabağ probleminin növbəti dəfə müzakirəyə çıxarılması beynəlxalq birliyin bu məsələyə diqqətinin xüsusi olaraq cəlb edilməsinin bariz nümunəsidir. Məsələni beynəlxalq ictimaiyyətin, BMT-nin müzakirə etməsi problemin nə qədər ciddi olduğunu təsdiqləyir. Dünya Azərbaycanın haqlı mövqeyini müdafiə etməkdədir.
R.Aslanova BMT-nin Baş Məclisində müzakirələr zamanı ölkələrin Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə və problemin həlli üçün səylərini əsirgəməyəcəklərinə inandığını bildirmişdir. İnanırıq ki, BMT uzun illər davam edən bu münaqişənin həll olunması üçün qəti sözünü deyəcəkdir. Bu, BMT-nin nüfuzunun artmasına səbəb olan addım olacaqdır. Hər kəsə məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi indiyədək icra olunmamışdır. Bu sənədlərin icra olunmaması, Ermənistan tərəfindən nüfuzlu beynəlxalq quruma sayğısızlıq göstərilməsi yolverilməzdir. Ona görə də, BMT-nin Baş Məclisi mövqeyini ortaya qoymalıdır. Dünya xalqları BMT-ni 1945-ci ildə yaradarkən onun böyük, humanist, sülh və təhlükəsizliyi təmin edəcəyi missiyasına inanırdı. Uzun illər bu missiya uğurla gercəkləşmişdir. XXI əsrin birinci onilliyinin başa çatması ərəfəsində bu missiyanın tam gerçəkləşməsi, münaqişəli zonaların, dondurulmuş münaqişələrin həll edilməsi yolunda BMT-nin atacağı konkret addımlar bu quərumun fəaliyyətinin uğurla davam etməsinə dəlalət edən bir məqam olacaqdır.
İnanırıq ki, artıq BMT özünün digər sahələrdəki uğurlu fəaliyyətini məhz Dağlıq Qarabağ probleminin həllində də ortaya qoyacaq və məsələ həll olunacaqdır. R.Aslanovanın sözlərinə görə, dünyada bu gün BMT-nin nüfuzunun aşağı düşməsi kimi fikirlər mövcuddur. Həmin fikirlərdə bildirilir ki, BMT öz funksiyasını əvvəlki kimi gerçəkləşdirə bilmir. Güclü dövlətlər qarşısında BMT acizlik nümayiş etdirir. Lakin təşkilat Dağlıq Qarabağ məsələsində obyektivlik, qətiyyət göstərsə, bu, onun müstəqil qurum olaraq yaşamaq haqqı qazanmasına imkan verəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında