Erməni Azərbaycan Konstitusiyasını diqqətlə öyrənmiş və onun müddəaları ilə razılaşmışdır

Ermənistan KİV-lərinin verdiyi məlumata görə, qondarma "Azərbaycan erməni assambleyası"nın başçısı Qriqori Ayvazyan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin (UNHCR) Yerevandakı nümayəndəliyinə müraciətlə bu təşkilatın onun Azərbaycanda keçirilən prezident və parlament seçkilərində... iştirak etmək üçün təhlükəsizliyinə zəmanət verilməsində vasitəçilik etməsini xahiş etmişdir. O, erməni millətindən olan digər qaçqınları da onun kimi hərəkət etməyə çağırmışdır.
Qriqori Ayvazyanın dünyabaxışında irəliləyiş meyli yaranması sevindirici haldır. Yadınızdadırsa, bu il avqustun sonuncu günündə həmin prezident kürsüsünə "namizəd vəzifəsinə namizəd" eyni dövlət çərçivəsində ermənilərlə azərbaycanlıların haçansa birgə yaşaya biləcəyinə şübhə etdiyini bildirmişdir. Cəmi 4 gün ərzində öz mövqeyini bu dərəcədə dəyişmək hər kəsin "hünəri" deyildir.
Biz keçmiş həmvətənimizə yaxşı bir yenilik çatdırmağa cəsarət edəcəyik: onun Azərbaycana qayıtması və ölkəmizdə keçirilən seçkilərdə iştirakı tamamilə mümkündür, lakin bu şərtlə ki, deportasiyaların son üç dalğasında (1918-21, 1948-51, 1988-90) qaçqın vəziyyətinə düşmüş azərbaycanlılar və onların varisləri də bugünkü Ermənistana qayıtsınlar. Azərbaycanda prezident və parlament seçkilərində Ayvazyanın namizədliyinin qeydiyyata alınması o halda mümkündür ki, onun ölkəsinin prezidenti vəzifəsinə azərbaycanlı iddiaçının namizədliyi Ermənistanda analoji qaydada qeydiyyata alınmış olsun.
Lakin əgər Ayvazyan hövsələsizlik edirsə, indiki mərhələdə Azərbaycan rəhbərliyi ona hələlik məsələn, Xocavənd rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini və ya Xankəndi meri vəzifəsini təklif edə bilər. Ümid edirik ki, Ayvazyan özünün yeni vəzifəsində Azərbaycan Konstitusiyasına sədaqətlə xidmət edəcəkdir, axı o, UNCHR-in Yerevandakı ofisinə üz tutmazdan əvvəl Azərbaycan Konstitusiyasını yaxşıca öyrənmişdir.
Nəhayət, əgər Ayvazyan məhz bu il Azərbaycan Milli Məclisinin yeni tərkibinə düşməyi çox istəyirsə o, Xankəndi seçki dairəsində parlament seçkilərində öz namizədliyini irəli sürə bilər və özünün seçki kampaniyasına elə bu gün başlaya bilər. Milli Məclisin Dağlıq Qarabağdan olan deputatı kimi Azərbaycan hökuməti tərəfindən onun təhlükəsizliyinə hər cür təminat veriləcəkdir. Lakin bundan sonra Dağlıq Qarabağda müvəqqəti hakimiyyətdə olan separatçı rejim tərəfindən analoji zəmanətlər veriləcəkmi? - bunu deyə bilmərik.
Beləliklə, deyəsən Ayvazyan öz seçki kampaniyasına başlamazdan əvvəl Yerevandakı siyasətçilərlə və onların Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi ilə bəzi texniki məsələləri həll etməli olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında