BMT-nin Baş Məclisində müzakirəyə çıxarılacaq sənəd Ermənistanın təcavüzkar mahiyyətini bir daha dünya ictimaiyyətinə çatdıracaqdır

Ermənilər dünya ictimaiyyətinin onların təcavüzkar olduğunu getdikcə daha aydın şəkildə dərk etməsini və pisləməyə başlamasını çox böyük narahatçılıqla qarşılayırlar. Bu istiqamətdə atılan çox əhəmiyyətli addımlardan biri bu yaxınlarda BMT-nin Baş Məclisində müzakirəyə çıxarılacaq Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı sənəddir.
Bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov demişdir.
Ə.Əhmədov BMT-də müzakirəyə çıxarılacaq bu sənədin bir çox dövlətlər tərəfindən dəstəklənəcəyinə inandığını bildirmişdir. O demişdir ki, biz buna əminik. Çünki Azərbaycanın apardığı diplomatik səylər belə bir inamı ortaya qoymağa əsas verir. Digər tərəfdən, bu müzakirənin aparılması Ermənistanın təcavüzkar mahiyyətini BMT vasitəsilə bir daha dünya ictimaiyyətinə, dövlətlərə çatdırır.
Ermənilər üçün ən düzgün yol işğal altında saxladıqları Azərbaycan torpaqlarını geri qaytarmaqdır. Dünya ictimaiyyəti birmənalı şəkildə təcavüzün, o cümlədən də konkret olaraq Azərbaycana qarşı Ermənistanın təcavüzünün əleyhinədir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında