NATO nüfuzlu hərbi-siyasi təşkilat kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə öz münasibətini bildirməlidir

NATO Parlament Assambleyasının (PA) prezidenti Con Tanner Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin qurumun payız sessiyasında qaldırılacağına söz vermişdir.
Bu məlumatı Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirmişdir. Z.Əsgərov yaz sessiyasında NATO PA-nın prezidenti ilə görüşdüyünü vurğulayaraq demişdir ki, o zaman C.Tannerə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan bütün sənədlər təqdim olunmuşdur. O da bu məsələni NATO PA-nın payız sessiyasında qaldıracağına söz vermişdir.
Z.Əsgərov demişdir ki, Ermənistan bu faktı böyük narahatlıqla qarşılayır. Sentyabrın 9-da Azərbaycanın təşəbbüsü ilə BMT-də də bu məsələyə baxılacaqdır. NATO da nüfuzlu hərbi-siyasi təşkilat kimi bu məsələyə öz münasibətini bildirməlidir.
Ziyafət Əsgərov Azərbaycanın haqq işinin bu dəfə də qalib gələcəyinə inamını ifadə etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında