Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır

Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar sentyabrın 1-dən 3-dək respublikanın bütün regionlarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdir.
Kurslarda ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsinin üzvləri, katibləri və 5000-ə yaxın məntəqə seçki komissiyasının sədri iştirak etmişlər.
MSK-nın üzvləri və məsul işçiləri, rayon icra hakimiyyətlərinin, prokurorluq orqanlarının əməkdaşları, polis idarələrinin səlahiyyətli şəxsləri, məhkəmələrin sədrləri və hakimləri seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri, onların fəaliyyətlərinin qarşılıqlı təşkili, siyasi partiyaların və blokların seçkilərdə iştirakının əsasları, Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları, Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri barədə kurslarda iştirakçılara ətraflı məlumat vermişlər.
Kurslarda "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçki prosesində seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu", "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" "Seçici siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şəraitin yaradılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında mühazirələr oxunmuş, "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda seminar və məşğələlər təşkil olunmuş, mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
DSK üzvləri, katiblər, eləcə də məntəqə seçki komissiyalarının sədrləri seçkilərlə əlaqədar mükəmməl biliklərə yiyələnmiş, ixtisaslarını artırmışlar. Onlar kursların təşkilini yüksək qiymətləndirmiş, yaradılmış şəraitə görə, dövlətimizin başçısına, MSK rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, MSK 2007-ci və 2009-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdi.
Cari il avqustun 23-dən 29-dək isə Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmişdir.
Kursların sonunda DSK sədrləri Bakı və Abşeron rayonlarında təcrübə mübadiləsi aparmış, onlara sertifikatlar verilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında