İranın “Dəniz” qəzeti Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a növbəti müsahibəsini dərc edib

 

 

İran İslam Respublikasında nəşr olunan “Dəniz” qəzeti Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a verdiyi növbəti müsahibəsini latın əlifbası ilə dərc edib.

Qəzetin www.daniznews.ir  veb-saytında yer alan “Serj Sarkisyan növbəti dəfə qarşılıqlı razılaşmanı pozdu” başlıqlı müsahibədə Ermənistan prezidentinin riyakarlığı və yalan danışması faktlarla üzə çıxarılaraq sübuta yetirilib. Bildirilib ki, S.Sarkisyanın qapalı keçirilən danışıqlarda müzakirə olunan məsələləri subyektiv və öz mənafeyinə uyğun şəkildə mətbuata ötürməsi siyasi və diplomatik əxlaqa sığmır. Ölkə rəhbəri və prezident olaraq belə hərəkətlər ona qətiyyən başucalığı gətirmir.

Müsahibədə qeyd olunub ki, Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və “yalançı qəhrəman”a çevrilməyi yalnız Sarkisyan kimiləri edə bilər.

Rabil KƏTANOV ,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında