Türkiyənin keçmiş müdafiə naziri: Azərbaycanın yaxın gələcəkdə torpaqlarının işğaldan azad edilməsi istiqamətində uğurlar qazanacağına inanıram

 

Vəcdi GÖNÜL: “Qarabağ probleminin həllində

hörmətli İlham Əliyev düzgün siyasət yürüdür”

 APA-nın “Son həftələrdə Ermənistan yenidən Azərbaycana qarşı işğalçı planlarını işə salmağa çalışsa da, Azərbaycan ordusu lazımi cavabı verdi. Proseslərlə bağlı siz nə düşünürsünüz?”– sualına keçmiş müdafiə naziri belə cavab vermişdir:

– “Mən müdafiə naziri olarkən Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməsi üçün daima Bakı ilə birlikdə çalışdıq. Türkiyə bundan sonra da hər məsələdə olduğu kimi, Qarabağ probleminin ədalətli şəkildə həll edilməsi üçün də Azərbaycanın yanında olmağa davam edəcək. Qarabağ probleminin həll edilməsi üçün Rusiya faktorunun önəmini də unutmamaq lazımdır. Başqalarının dəstəyi olmadan Ermənistanla Azərbaycan üzbəüz qalarsa, Azərbaycanın bu problemi hərbi, siyasi və diplomatik baxımdan rahatlıqla həll edəcəyinə heç kimin şübhəsi olmamalıdır. Prezident İlham Əliyev Azərbaycanın getdikcə artan iqtisadi gücünü hərbi gücə çevirərək son dərəcə düzgün addım atır, çünki Qərb ölkələri bu işlərdə humanizmdən yox, iqtisadi mənfəətlərdən anlayırlar. Avropanın enerji təminatı və təhlükəsizliyi sahəsində Azərbaycanın təsirli vəziyyətə gəlməsi Bakının mövqeyini hər gün daha da gücləndirməkdədir, buna şübhəniz olmasın. Zakir Həsənovu yaxından tanıyıram, son dərəcə peşəkar bir hərbçidir. Torpaqların işğaldan azad edilməsi istiqamətində Azərbaycanın yaxın gələcəkdə uğurlar qazanacağına inanıram.

– “Ermənistan uzun müddətdən bəri Azərbaycan torpaqlarını işğal altında saxlamaqla qalmır, Türkiyəyə qarşı da torpaq və təzminat iddiaları irəli sürür, 1915-ci ildə cərəyan etmiş hadisələrin “soyqırımı” kimi tanınmasını tələb edir. Təcrübəli dövlət adamı və siyasətçi kimi Türkiyənin bu məsələlərdə hansı addımları atmasının zəruriliyinə inanırsınız?”

– “İkitərəfli münasibətlərdəki qardaşlıq duyğusu öz yerində, bu, münasibətlərimizin hər gün daha da inkişaf etməsinə səbəb olur, buna paralel olaraq, regional məsələlərdə də Türkiyə və Azərbaycanın bir-birindən fərqli mövqelərə sahib olması qəbul edilə bilməz. Bəzən Türkiyənin atdığı müəyyən addımlar Azərbaycan tərəfindən tənqidə məruz qalır. Biz qəti şəkildə əmin olmalıyıq ki, atdığımız bütün addımlar ortaq mənafeyimizə xidmət edəcək, ona görə də istənilən addımı atmazdan əvvəl daima geniş məsləhətləşmələrimiz olmalıdır. İstər Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi, istərsə də Ermənistanın Türkiyəyə qarşı iddialarının qarşısının alınması məsələsində bizim müştərək addımlar atmaqdan başqa yolumuz olmamalıdır. Türkiyənin Ermənistanı öz təsiri altına alması çox çətin olmaz, ancaq bütün məsələlərdə Azərbaycanın məruz qaldığı haqsızlığı düşünürük".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında