Britaniyalı deputat ermənilər tərəfindən Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların taleyindən narahatdır

 

 

Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Böyük Britaniyanın

Avropa məsələləri üzrə naziri, deputat

Devid Liddinqtona məktubla müraciət edib. Bu haqda AzərTAc-a Avropa

Azərbaycan Cəmiyyətindən məlumat

verilib.

Məktubda deyilir ki, iyulun 15-də Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndində ermənilər tərəfindən saxlanılıb.  Hər iki şəxs nə Ermənistan, nə də BMT tərəfindən tanınmayan, lakin ermənilər tərəfindən “sərhəd olduğu” iddia edilən Dağlıq Qarabağ ərazisinə ailələrinin məzarını ziyarət etmək məqsədilə daxil olub. Hüquqi müdafiə ilə təmin edilməyən bu şəxslər erməni telekanallarında “təxribatçı” kimi qələmə verilib, indi isə bir mülki şəxsin və bir hərbçinin ölümündə ittiham olunurlar. Ailə üzvlərinin məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa daxil olmuş digər azərbaycanlı, Həsən Həsənovun Şaplar kəndindəki əməliyyat zamanı öldürüldüyü Ermənistan qüvvələri tərəfindən bəyan edilib. 

Məktubda daha sonra deyilir: “Əminəm, Siz də razılaşarsınız ki, evini ziyarət etmək istəyən heç bir mülki şəxs bu şəkildə rəftar görməməlidir. Yəni saxlanılmamalı, yaxud öldürülməməlidir. Bu şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən zəruri yardım və konsulluq xidməti göstərilməsi vacibdir. Başa düşürəm ki, hazırda regionda həllini gözləyən daha böyük problemlər var. Lakin ümidvaram ki, Siz Böyük Britaniyaya dost ölkə olan və bu yaxınlarda münaqişənin yenidən alovlandığı Azərbaycan üçün bu məsələnin həllinin və həmin şəxslərin doğma evlərinə qaytarılmasının nə qədər vacib olduğunu anlayışla qarşılayacaqsınız. Öldürüldüyü bildirilən Həsənovun məsələsi ilə də bağlı, ümid edirəm ki, Siz Dağlıq Qarabağda əsas söz sahibi olan Ermənistan hakimiyyətini onun ölüm faktını təsdiq etməyə, nəşinin ailəsinə qaytarılması və ölüm səbəbini araşdırmaq üçün bütün zəruri addımların atılmasına çağırarsınız. 

Sizin cavabınızı gözləyir və ümid edirəm ki, Böyük Britaniya hökuməti məsələnin tezliklə həllinə səy göstərəcəkdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında