Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu beynəlxalq qurumları Ermənistana təzyiq göstərməyə çağırır

 

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu son zamanlar Ermənistanın atəşkəs rejimini mütəmadi pozması və nəticədə Azərbaycan hərbçilərinin, eləcə də mülki şəxslərin həlak olması ilə əlaqədar beynəlxalq təşkilatlara və Qırğızıstandakı diplomatik korpuslara bəyanat göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, bəyanatda Ermənistanın hücumları nəticəsində yaranmış dərin narahatlıq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır: “Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bu günlərdə yenə hücumdadır və qan tökür! Sizdən öz diqqətinizi bu qanlı hadisələrə yönəltməyinizi, təcavüzkarı şiddətlə qınamağınızı rica edirik. Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən xüsusi təyinatlı diversiya qrupları ilə hücuma keçərək, Azərbaycanın 12 hərbçisini öldürüb, bir neçə hərbçini yaralayıb”.

 Ermənistanın bu addımlarını qətiyyətlə pisləyən bəyanatda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu beynəlxalq qurumları işğalçı dövlətin növbəti hücumlarına biganə qalmamağa çağırır.

Bəyanatda bildirilir ki, qoşunların təmas xəttində yaşanan gərginlik, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı törətdiyi təxribatlar Qırğızıstanda yaşayan azərbaycanlıların da narahatlığına səbəb olub: “Biz beynəlxalq ictimaiyyətə bəyan edirik ki, işğalçı Ermənistanın təxribatlara son qoymaması münaqişənin danışıqlar yolu ilə həllinə, regionda sülh və sabitliyin bərqərar olmasına zərbə vurur”.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir və bu ölkənin beynəlxalq səviyyədə məsuliyyət daşıdığını xatırladır: “Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi və bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq təşkilatlar tərəfindən ciddi sanksiyaların tətbiq edilməsinin vacib olduğunu göstərir. Biz beynəlxalq təşkilatları regionda sülhün və sabitliyin bərpa olunması üçün təsirli addımlar atmağa çağırırıq”.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında