Rasim MUSABƏYOV: Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı və işğalçı ölkəyə bir sıra böyük dövlətlərin yardımları dayandırılmalıdır

 

 

– Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycanın torpaqlarını işğal altında saxlaması, habelə son günlər sərhəd bölgələrində həyata keçirdiyi təxribat-diversiya aktlarından sonra bu ölkəyə qarşı sanksiyaların tətbiq olunmasının artıq vaxtı çatıb. Beynəlxalq ictimaiyyətin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırkı yanaşma tərzi qeyri-

qənaətbəxşdir.

Belə  yanaşma tərzi ilə  Ermənistana sanksiyaların tətbiq olunacağı inandırıcı görünmür. İstər ABŞ, istər Fransa və ya Avropa Birliyi, istərsə də Rusiya Ermənistana hər il milyonlarla dollar dəyərində yardım edirlər. Ermənistan işğalçı dövlət olduğu halda, böyük dövlətlərin yardım və güzəştlərindən yetərincə yararlanır. Rusiyanın Ermənistana müxtəlif adlar altında güzəştləri, yardımları və pulsuz silahla təmin etməsi ildə 1 milyard dollardan artıq vəsait deməkdir. İlk növbədə bu yardımlar dayandırılmalıdır. Ondan sonra isə ümid edə bilərik ki, beynəlxalq ictimaiyyətin yanaşma tərzi dəyişib. Əgər belə hallar baş verərsə, bundan sonra  hansısa irəliləyişlərə ümid etmək olar.

 Ermənistanın  atəşkəs rejimini mütəmadi olaraq pozması, Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməsi və Qarabağdakı son gərginliklər BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunmalı, daha qəti addımlar atılmalıdır. Azərbaycan öz mövqeyini artıq  ortaya qoyub və bu mövqe dünya birliynə də məlumdur. Maraqlısı odur ki, işğalçı tərəf Ermənistan ola-ola,  bəzi hallarda Azərbaycan gərginlik yaradan tərəf kimi qələmə verilir. Prosesləri də dalana dirəyən əsas səbəblərdən biri, mən deyərdim ki, birincisi budur. Bütün bunlara baxmayaraq, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə son qoyulmalıdır.

 

Təqdim etdi: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında