Fazil MUSTAFA: İkili standartlardan çıxış edən bir sıra Qərb dövlətləri və təşkilatları, əslində, Ermənistanın işğalçılıq siyasətinə dəstək verirlər

 

Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, hər gün atəşkəs rejimini dəfələrlə pozması və günahsız insanları qəddarcasına qətlə yetirməsi dünya birliyinin gözü qarşısında baş versə də, hələ də bu ədalətsizliyə göz yumulur.

Dünyanın qüdrətli dövlətlərinin, eləcə də BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi mötəbər beynəlxalq təşkilatların Ermənistanın azərbaycanlılara qarşı dəhşətli  terror aktları törətməsinə, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmasına ciddi münasibət bildirməmələri beynəlxalq birliyin ikili standartlarının bariz nümunəsidir. Azərbaycan xalqının bu qurumlara olan inamı artıq itib.

Beynəlxalq qurumların Ermənistanın çaldığı havaya oynaması Azərbaycan ictimaiyətini, siyasi partiya sədrlərini və ziyalıları artıq təngə gətirib. Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa beynəlxalq birliyin ikili mövqe nümayış etdirməsini və ayrı-seçkiliyə yol verməsini pisləyərək dedi:

– Qərb dövlətləri sanki Ermənistanın işğalçı mövqeyinin davam etməsində maraqlıdırlar. Fikir verin, Ukraynada separatçılara verdiyi dəstəyə görə ABŞ və Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər və daha bir neçə sanksiyanın tətbiqi yenidən gündəmdədir. Lakin 20 ildən artıqdır ki, Rusyiaının verdiyi hərbi-siyasi dəstək sayəsində Ermənistan Azəprbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına və işğal faktı ilə bağlı BMT  Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunmasına baxmayaraq, Qərb Ermənistana qarşı iqtisadi sanksyialar tətbiq etmir. Əksinə, Ermənistana hər cür yardımlar ayırır. İkili standartlardan çıxış edən bir sıra Qərb dövlətləri və təşkilatları Ermənistanın işğalçılıq siyasətinə dəstək verməkdə davam edirlər.

Bu gün Rusiyaya qarşı sanksiya tətbiq edən beynəlxalq aləm Ermənistan məsələsində susmaqla kifayətlənir. İkili standartlardan çıxış edən bir sıra Qərb dövlətləri və təşkilatları, əslində, Ermənistanın işğalçılıq siyasətinə dəstək verirlər. Onlar sanki Ermənistanın işğalçı mövqeyinin davam etməsində maraqlıdırlar və hər hansı bir şəkildə işğalçı dövlətin hərəkətinə haqq qazandırırlar. Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyündən danışır, ancaq ərazi bütövlüyünün qorunması və bərpası istiqamətində faktiki olaraq heç bir addım atmır. Ona görə də bu, bizim üçün bilinən gerçəklikdir və bu gerçəkilyi nəzərə alaraq, torpaqlarımızın qaytarılması üçün özümüz müəyyən addımlar atmalıyıq.

Digər tərəfdən, ermənilərin bu qədər açıq şəkildə özlərinə problemlər yaratması gözlənilən deyildi. Çünki onlar istədikləri qədər əraziləri işğal ediblər. Ona görə də, zənnimcə, əsgər itkilərinə yol vermək, hərbçilərini itirmək onların özlərinə sərf etmir. Yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlı olan qüvvələr  müəyyən proseslər çərçivəsində öz əhəmiyyətini artırmaq üçün tez-tez belə sürprizlər edə bilərlər. Bütün bunlara baxmayarq, bir sıra qüdrətli dövlətlər və nüfuzlu beynəlxalq qurumlar onların adına xələl gətirən ikili standartlara son qoymalıdırlar.

Hazırladı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında