Səfir Fuad İsgəndərov Avropa İttifaqının bəyanatlarına sərt reaksiya verib

 

Avqustun 10-da Azərbaycanın Belçika Krallığındakı Səfiri və Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov Avropanın nüfuzlu xəbər portalı olan və xüsusilə də Avropa İttifaqı (Aİ) institutlarında geniş oxucu auditoriyasına malik “EU Reporter” qəzetinə müsahibə verib.

Müsahibədə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərindən bəhs edən səfir Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda Aİ tərəfindən vətənə xəyanətdə günahlandırılan şəxslərə dəstək ifadə edən bəyanatların verilməsinin qəbuledilməz olduğunu qeyd edərək, bunu yersiz atılmış yalnış addım kimi qiymətləndirib.

O, tərəflər arasında dialoqda hər zaman mənfi cəhətlər axtaran Avropa İttifaqının ikili yanaşmasını tənqid edərək bildirib: “Son il ərzində əməkdaşlığımızda baş vermiş müsbət irəliləyişlərin və qarşılıqlı faydalı inkişaf, məsələn, 4 mühüm sazişin imzalanması və 45 milyard avroluq enerji layihələrinin razılaşdırılması kimi məqamlar Aİ-nin Xarici Fəaliyyət Xidməti və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarlığının mətbuat katibləri tərəfindən bir dəfə də olsun dəyərləndirilməyib, lakin Avropa Komissiyasının Prezidenti Barrozonun Bakıya səfəri zamanı ölkəmizlə əhəmiyyətli dialoqun qorunub saxlanılması və onun strateji məqsədlərinin yerinə yetirilməsinə yardımçı olmağa hazır olduqları bəyan edilir”. Bu vəziyyəti coğrafi və bürokratik paradoks adlandıran səfir “Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür bildirilir, hətta digər Şərq Tərəfdaşlığı ölkələrinin Avropaya inteqrasiyasında dəstək istənilir, açıqda isə başqa cür davranılır” deyərək bunu münasibətlərdə mövcud olan digər bir fenomen kimi dəyərləndirib.

Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına hər zaman lazımi diqqəti göstərdiyini vurğulayan diplomat “əgər ölkədə demokratik standartlara nail olmaq istəməsəydik, o zaman nədən Avropa Şurasına qoşulurduq”, - deyə qarşı tərəfə sualla müraciət edir. Azərbaycanın dövlətçilik və cəmiyyətin inkişafı ilə bağlı tənqidin faydalarından yaxşı xəbərdar olduğunu söyləyən səfir Leyla Yunusova ilə bağlı verilmiş Aİ bəyanatının bu sağlam trendlə heç bir əlaqəsinin olmadığını qeyd edir. Vətənə xəyanətdə günahlandırılan bu şəxsin hamı kimi qanun qarşısında cavab verməli olduğu vurğulanır.

Fuad İsgəndərov, həmçinin son zamanlar “vətəndaş cəmiyyəti” anlayışından Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla gənc ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə qarşı alət kimi istifadə olunması tendensiyasının müşahidə olunduğunu söyləyib.

Müsahibənin sonunda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək perspektivləri ilə bağlı sualı cavablandıran səfir Fuad İsgəndərov Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq qurmağa hazır olduğunu qeyd edib, bunun sadəcə Azərbaycanın istəyi olmadığını, ilk növbədə Avropanın ölkəmizin bölgədəki mühüm tarixi və coğrafi rolunu diqqətə alaraq belə bir tərəfdaşlıqda maraqlı olduğunu bildirib. Müsahibədə Azərbaycanın tərəflər arasında bərabərlik, hörmət və etibara əsaslanan əsl bağlar qurmaqda maraqlı olduğu vurğulanır. Ölkəmizin ən yaxşı Avropa təcrübəsini dəyərləndirdiyini söyləyən Fuad İsgəndərov bunun heç də “dərs almaq” anlamına gəlmədiyini və tərəflər arasındakı fərqin başa düşülməli olduğunu vurğulayıb.

Vüqar SEYİDOV

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında