Mövlud Çavuşoğlu: İşğal olunmuş torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə Azərbaycanın haqqıdır

 

 

 

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində tez-tez atəşkəs rejimini pozması Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına dünya birliyinin biganə münasibətinin nəticəsidir.

Bu sözləri Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu “TRT haber” televiziya kanalına müsahibəsində söyləyib.

Mövlud Çavuşoğlu daha sonra deyib ki, işğal altında olan torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə aparmaq Azərbaycanın haqqıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri fəallığı artırmalıdırlar. Dünya birliyi anlamalıdır ki, Dağlıq Qarabağ və bu cür münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini tapmaması milli, dini və ərazi zəminində digər münaqişələrin yaranmasına səbəb olacaq.

Sabir ŞAHTAXTI

AzərTAc-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında