Sergey MARKOV: Dağlıq Qarabağın statusu qüdrətli Azərbaycanın mənafeləri nəzərə alınmaqla dəyişəcək

 

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirilmiş görüşünün nəticələrini şərh edib.

S.Markov özünün Facebook səhifəsində yazıb ki, 20 il əvvəl Dağlıq Qarabağda hadisələr Ermənistanın daha güclü olması fonunda baş verirdi: “İndi isə Azərbaycan daha güclüdür və istəyir ki, hazırda regiondakı vəziyyət qüvvələrin yeni nisbətinə uyğun olsun, bu nisbət isə hazırda Azərbaycanın xeyrinədir”.

Onun fikrincə, Azərbaycan, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonlarını geri qaytarmaq istəyir və yalnız bundan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlara başlamağa razıdır. Politoloq yazır: “Azərbaycanın uzun illər davam edən qüdrətlənməsi əvvəl-axır Dağlıq Qarabağın statusunun yeni, qüdrətli Azərbaycanın mənafeləri nəzərə alınmaqla dəyişməsinə gətirib çıxarmaya bilməz”.

S.Markov qeyd edir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Belə ki, Minsk qrupunun üzvü olan 3 ölkədə erməni diasporu daha güclüdür. Bu isə münaqişəni dondurulmuş vəziyyətdə saxlayan Minsk qrupunun mövqeyinə təsir göstərməyə bilməz. O yazır ki, hazırkı vəziyyət köhnə qüvvələr nisbətini göstərir, halbuki hazırda Azərbaycan 10 illik sürətli inkişaf nəticəsində daha güclü olub.

Fəridə ABDULLAYEVA,

 AzərTAc-ın xüsusi müxbiri

Moskva 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında