İranın “Dəniz” qəzeti Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini dərc edib

 

 

İran İslam Respublikasında nəşr olunan “Dəniz” qəzeti Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini latın və ərəb qrafikalı Azərbaycan əlifbası ilə dərc edib.

Qəzetin www.daniznews.ir  veb-saytında da yer alan “Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir” başlıqlı müsahibədə Ermənistanın təxribat törədərək atəşkəs rejimini pozmaqda davam etməsinin bölgədə yaratdığı gərginlik diqqətə çatdırılır. Həmçinin bildirilir ki, Ermənistana məxsus silahlı qruplar qoşunların təmas xəttində təxribat törətmək məqsədilə mütəmadi olaraq Azərbaycan Ordusunun mövqelərinə hücuma keçir. Hərbçilərimiz bu xain basqınları qətiyyətlə dəf edirlər.

Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibət bəslədiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu diqqətə çatdıran Əli Həsənov müsahibəsində atəşkəs rejiminin pozulmasına, onun ağır nəticələrinə və digər məsələlərə də aydınlıq gətirir.

Materialın tam mətnini aşağıdakı linklərdən oxumaq olar:

http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=1864:azerbaijan&catid=31:1392-01-23-09-02-52&Itemid=27

http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=1865:azerbaijan&catid=18:1391-07-02-19-46-07

Rabil KƏTANOV,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında