Naxçıvanda sosial qayğıya ehtiyacı olan vətəndaşlara minik avtomobilləri təqdim olunub

 

Bu gün Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artması uğurlu sosial siyasətlə də müşahidə olunur. Həyata keçirilən sosial islahatların mərkəzində insan amili, ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması dayanır. Sosial qayğıya ehtiyacı olan vətəndaşların fərdi mənzillər və minik avtomobilləri ilə təmin olunması bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 9-da Naxçıvan şəhərində 10 müharibə iştirakçısına, 7 müharibə iştirakçısına bərabər tutulan şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 3 nəfərə “NAZ-Lifan-320" markalı 20 minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən qayğıdan danışıb. Qeyd olunub ki, 2014-cü ilin 7 ayı ərzində 88 nəfərin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 192 uşağın isə Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilib. Bu dövr ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan 78 şəxs işlə təmin edilib, sağlamlıq imkanları məhdud 20 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Fiziki imkanları məhdud şəxslərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülüb, müharibə və Çernobıl əlillərinə, habelə müharibə əlillərinə bərabər tutulan 40 nəfərə minik avtomobili verilib. Hazırda bu kateqoriyadan olan 2 vətəndaş üçün fərdi yaşayış evinin tikintisi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını xidmətləri müqabilində avtomobillə təmin olunmaları münasibətilə təbrik edərək deyib ki, ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Müxtəlif sahələrdə xidmət göstərmiş şəxslərə avtomobillərin təqdim olunması da bunun ifadəsidir. Bütün bu tədbirlər inkişaf, sabitlik, dövlət-xalq birliyi və dövlətin insanlara qayğısı olan ölkələrdə həyata keçirilir. Bu gün Azərbaycanda insanlara qayğı dövlətimizin sosial siyasətin mühüm tərkib hissəsidir.

Ali Məclisin sədri deyib: Yeni avtomobillərlə təmin olunanlar müxtəlif vaxtlarda öz xidməti borclarını layiqincə yerinə yetirmiş insanlardır. Göstərdiyiniz xidmət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu gün sizə təqdim olunan yeni avtomobillər rahatlığınızın təmin olunması ilə yanaşı, yaşayış şəraitinizin yaxşılaşdırılmasına da xidmət edəcək.

Ali Məclisin sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə yeni avtomobillərlə təmin olunanlara təşəkkürünü bildirib və avtomobillərin açarlarını onlara təqdim edib.

Yeni avtomobillə təmin olunanlar sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə minnətdarlıq ediblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında