Almaniyalı deputat: Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik

 

 

Almaniyanın Xristian Demokrat İttifaqının ölkə parlamentindəki deputatı Stefen Kanitz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrini dəstəklədiyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə S.Kanitz Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən açıqlama vermişdir.

Deputat demişdir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi tanıyır. Erməni siyasətçilər bunun əksini iddia etməklə “odla oynayırlar”.

Avropada ərazi bütövlüyü prinsipinin tətbiqi Ermənistanın Azərbaycana qarşı zorakılığına qədər birmənalı idi: “Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini və Dağlıq Qarabağı işğal etməklə özünü beynəlxalq hüquq standartlarından nəzərəçarpacaq dərəcədə kənarlaşdırdı. Belə bir davranış biz parlamentarilər tərəfindən xoş qarşılana bilməz”.

Deputat bildirmişdir ki, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) açıq-aydın bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa ziddir: “AŞPA-nın həmin qətnaməsini rəhbər tutan Almaniya və Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Sovet İttifaqının süqutundan sonra Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edərək, bir milyona yaxın azərbaycanlını didərgin vəziyyətinə saldı. Aydındır ki, insanların bu acınacaqlı durumuna biganə qalmaq olmaz. Buna görə də biz, münaqişənin sülh yolu ilə həlli üçün cəhdlərimizi gücləndirməliyik”.

S.Kanitz bəyan etmişdir ki, Avropa ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir: “Ermənistan beynəlxalq səviyyədə məsuliyyət və cavabdehlik daşıyır. Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında