Gintaras Visotskas: Aİ-nin və NATO-nun üzvü olan ölkələrin əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır

 

 

Avqustun 6-da Litvanın www.slaptai.lt  internet portalında bu saytın rəhbəri Gintaras Visotskasın  “Cənubi Qafqazdan narahatlıq doğuran xəbərlər: Ermənistan Silahlı Qüvvələri  Azərbaycanı atəşə tuturlar” sərlövhəli məqaləsi dərc olunub (http://www.slaptai.lt/index.php/gyvenimo-skandalai/8314-nerima-keliancios-zinios-is-pietu-kaukazo-armenu-pajegos-apsaudo-azerbaidzana.html. 

Məqalədə deyilir ki,  son bir neçə gündə Ermənistan və Azərbaycan arasında qoşunların təmas xəttində yaranan silahlı toqquşmalar haqqında informasiya hazırda dünya KİV-lərinin ilk səhifələrində dərc olunur. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan arasında yenidən başlanan münaqişə bir neçə gün ərzində hətta Ukrayna və Rusiya arasında hərbi hadisələr barədə informasiyanı arxa plana keçirib.  G.Visotskas yazır ki,  siyasi və  hərbi ekspertlər belə bir məsələ üzərində təsadüfən “baş sındırmır”.  Ermənistan tərəfindən  yeni silahlı hücumlar hansı məqsədə xidmət edir? Bəlkə bu, yeni beynəlxalq münaqişənin başlanğıcıdır? G.Visotskas əmindir ki,  nüfuz dairələrinin sərhədlərini yenidən dəyişdirmək istəyən qüvvələr mövcuddur.

Bu münaqişəyə müxtəlif cür - həm yerli, həm də beynəlxalq səviyyəli münaqişə kimi yanaşmaq olar. Hücumların  təşəbbüskarı  bir qayda olaraq  Ermənistandır. Lakin Azərbaycanın öz istəyi ilə  öz torpaqlarından  imtina edəcəyini düşünmək  sadəlövhlükdür. Özü də  ermənilər  Dağlıq Qarabağla bərabər, daha yeddi sərhədyanı rayonu işğal ediblər.

Son onilliklərin təcrübəsi göstərir ki,  Azərbaycan zəbt olunmuş torpaqları sırf dinc vasitələrlə geri qaytarmağa çalışır, bütün beynəlxalq öhdəliklərə dəqiq riayət edir. Ona görə də  bütün müasir dünyanın  dəstəyinə nail olub. Aİ-nin və NATO-nun üzvü olan  ölkələrin əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır.

 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  tarixinə ekskurs edən məqalə müəllifi diqqətə çatdırır ki, Ermənistanın Dağlıq Qarabağın strateji əhəmiyyət təşkil edən münbit və minerallarla zəngin torpaqlarını ələ keçirmək arzusu Azərbaycan xalqının nümayəndələrinə silahlı hücumlarla, etnik təmizləmə ilə müşayiət olunub. Hərbi əməliyyatları yalnız 1994-cü ildə dayandırmaq mümkün olub.

G.Visotskas yazır ki, avqustun 8-9-da Soçidə Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarına böyük ümidlər bəslənilir. Ola bilsin, bu danışıqlar cəbhədə atəşi də kəsər. Azərbaycan intensiv və məqsədyönlü şəkildə təhrik olunmasa, vuruşmanın çox böyük olacağı gözlənilmir. 

Nigar CƏFƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

 

Vilnüs


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında