Professor Akkan Suver: Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaq Ermənistana yaxşı heç nə vəd etmir

 

 

Son günlər işğalçı dövlətin atəşkəs rejimini daha intensiv pozmasının məqsədi Azərbaycan tərəfinin davam etdirdiyi sülh danışıqlarına əngəl yaratmaqdır.

Bu sözləri AzərTAc-a müsahibəsində Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində təxribatlarına münasibət bildirən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver deyib.

Azərbaycanın sürətli inkişafını yüksək dəyərləndirən professor Akkan Suver qeyd edib: “Ümummilli lider Heydər Əliyevin sülh və sabitliyin qorunması istiqamətində həyata keçirdiyi strategiya təkcə Azərbaycan üçün yox, bəşəriyyət üçün əhəmiyyət daşıyan irsdir. Bu strategiya xalqların dinc şəraitdə yaşamasını təmin edən idarəçilik nəzəriyyəsidir. Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi bu siyasət Azərbaycanı dünyada daha da şöhrətləndirib. Azərbaycan həm də öz təhlükəsizliyini təmin etmək üçün güclü ordu yaradıb. Təcavüzkar tərəf yaxşı anlayır ki, Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaq Ermənistana yaxşı heç nə vəd etmir. Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə aradan qaldırılmasıdır. Ermənistan hakimiyyəti uzun illərdir ki, öz xalqını aldadıb. Ermənilər cəbhədə vəziyyəti gərginləşdirməklə Azərbaycanın bütün xalqlara dinc və sabit şəraitdə yaşamaq üçün verdiyi zəmanətə olan inamı azaltmaq istəyirlər”.

 

Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri

 İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında