ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq birlik nə vaxtadək Ermənistanın hərbi təcavüzünə laqeyd yanaşacaq, bu ədalətsizliyə göz yumacaqlar?

Təmas xəttində Ertmənistan silahlı qüvvələrinin törətdikləri təxribat ictimaiyyətin  qəzəbinə səbəb olub. İşğalçı dövlətin əhalisi hazırda çox pis vəziyyətdə yaşayır.

Ermənistan hakimiyyəti ölkədə yaranmış narazılıqları və daxili ziddiyyətləri ört-basdır etmək, habelə əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinin qarşısını almaq  üçün cəbhə xəttində təxribatlar törədir və bu yolla yerli əhalinin diqqətini yayındırmaq istəyir. Ermənilər artıq Ermənistanda yaşaya bilmirlər.

Digər səbəb isə,  Ermənistanda hakimiyyətlə müxalifət arasında kəskin ziddiyyətlərin olmasındadır. Məsələnin başqa tərəfi Ermənistan ordusunda hərbçilərin bir-birini güllələməsi, intihar hallarının artmasıdır. Bütün bunlardan diqqəti yayındıran Ermənistanın dövlət rəsmləri son günlərdə cəbhədə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.

ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq birlik Ermənistanın hərbi təcavüzünə laqeyd yanaşır, bu ədalətsizliyi görməməzliyə vururlar. Bir beynəlxalq təşkilatın və yaxud  özünü demokratiyanın keşikçisi adlandıran ölkənin rəhbəri soruşmur ki, Ermənistan əsgəri Azərbaycan torpağında nə gəzir? İşğalçı Ermənistan 1991-ci il sərhədləri ilə BMT-yə və digər beynəlxalq təşkilatlara üzv qəbul edilib. Eynən Azərbaycan da. Ancaq bu gün Azərbaycan ərazisində Ermənistan hərbçiləri var. Bu beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud surətdə pozulmasıdır. Ermənistan təcavüzü və terroru özünə ən sevimli peşəyə çevirib. Təəssüf ki, ATƏT-in Minsk qrupu,  Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq qurumlar, həmçinin ABŞ, Rusiya, Fransa kimi dövlətlər Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə hələ də göz yumur, işğalçı dövlətə sanksiyalar tətbiq olunmur.

Ermənistan mövcud status-kvonu saxlamaq, keçirilən görüşlərə mane olmaq və müzakirələrdən qaçmaq üçün cəbhədə belə təxribatlar törədir. Necə olur ki, Ukrayna hadisələrinə görə böyük  dövlətlər dərhal bir yerə toplaşıb Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər? Bəs hansı səbəbə görə bu vaxta qədər Ermənistana sanksiyalar tətbiq edilmir? Bu, heç şübhəsiz, erməni və lobbisinin fəaliyyəti, eyni zamanda böyük dövlətlərin ikili standartları ilə bağlıdır.  Məsələnin digər bir tərəfi də ondan ibarətdir ki, bu gün Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin əleyhinə olaraq bəzi dövlətlər Ermənistanın Azərbaycana hərbi təcavüzündən rəsmi Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Hamıya aydındır ki, ölkəmiz heç bir təzyiq  qarşısında geri çəkilən deyil. Ermənistanın hərbi təcavüzü və atəşkəs rejimini pozması beynəlxaq birliyin iradəsinə qarşıdır, işğalçı dövlətin bu qəddarlığı, amansızlığı təkcə Cənubi Qafqaz üçün deyil, bütün bəşəriyyətin təhlükəsizliyi üçün təhdiddir. Ona görə də Ermənistanın hərbi təcavüzünə qarşı böyük dövlətlər ciddi tədbirlər görməli və sanksiyalar tətbiq etməlidirlər. Əgər böyük dövlətlər, doğrudan da, dünyada sülhün, əməkdaşlığın, dinc-yanaşı yaşamanın tərəfdarıdırsa, işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasına nail olmalıdırlar. Münaqişənin nizamlanmasında ilk növbədə işğal faktı aradan qaldırılmalıdır.

 

Musa QASIMLI,

tarix elmləri doktoru, professor,

Milli Məclisin deputatı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında