Bakıda “NATO-nun 2014-cü il UELS sammiti: proqnozlar və perspektivlər” mövzusu müzakirə edilib

 

 

Avqustun 5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutu, Xarici İşlər Nazirliyi və Rumıniyanın  ölkəmizdəki səfirliyinin  birgə təşkilatçılığı ilə “NATO-nun 2014-cü il UELS sammiti: proqnozlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, nazirlik və komitələrin, beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, alimlər, ekspertlər, KİV-lərin təmsilçiləri iştirak ediblər.  

Konfransın plenar iclasında AMEA Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri namizədi Aytən Mustafayeva çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün mühüm rolundan danışıb. Bildirib ki,  Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir. Bu əlaqələr, xüsusilə təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından, prioritet istiqamət təşkil edir. Milli Məclisin deputatı konfransın dünyada cərəyan edən gərginliklər fonunda keçirildiyini qeyd edərək bildirib ki, bu tədbirin təşkilində məqsəd NATO-nun 2014-cü ildə keçiriləcək Uels sammiti ilə bağlı proqnozları və perspektivləri  müəyyənləşdirməkdir.

 A.Mustafayeva Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etdiyini, regional təhlükəsizliyin dəstəklənməsi üçün tərəfdaşlıq potensialının yaradılması istiqamətində aktiv və məhsuldar fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycan-NATO  əlaqələrinin daha da genişlənməsinin vacibliyini vurğulayan  A.Mustafayeva UELS sammitində Azərbaycanın problemlərinə diqqət yetiriləcəyinə ümidvar olduğunu bildirib.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu  son illər NATO-nun fəaliyyətinin daha da genişlənməsindən, təşkilatın yeni tərəfdaşlarla əlaqələrindən danışıb. Şimali Atlantika təşkilatının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən səfir deyib ki, ölkəmizlə sıx əlaqələr regionda sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün faydalıdır. D.Çiobanu  vurğulayıb ki, NATO-nun və Avropa İttifaqının üzvü olan Rumıniya Azərbaycanın Avropa və Avroatlantika institutları ilə əlaqələrini genişləndirmək cəhdlərini bundan sonra da fəal dəstəkləyəcəkdir.

Daha sonra konfrans işini “Cənubi Qafqaz regionu:                              çağırışlar və imkanlar”,  “NATO ilə Azərbaycan arasında

əməkdaşlıq - son 20 ilə nəzər salma və gələcək  gözləntilər" mövzusunda sessiyalarla davam etdirib.

İclaslarda NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahuenin “NATO-Azərbaycan tərəfdaşlığı: hazırkı əlaqələr və gələcək perspektivlər”, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin “NATO-nun Uels sammiti üçün prioritetlər”, Mərakeşin ölkəmizdəki səfiri Həsən Haminin “Cənubi Qafqaz regional və beynəlxalq təhlükəsizliyə təhdidlərin dəyişdiyi zamanda”, Daxili İşlər Nazirliyi Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfovun “NATO-ya üzv dövlətlərə və onun tərəfdaşlarına olan yeni çağırışların və təhdidlərin qarşısının alınmasında Azərbaycanın rolu” və  digər mövzularda məruzələr dinlənilərək  müzakirə edilib. Məruzələrdə qloballaşma ilə əlaqədar təhlükəsizlik sektorunda islahatlar aparılmasından, Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması məsələlərindən, Azərbaycan-NATO münasibətlərində siyasi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, eyni zamanda Əfqanıstanla bağlı əməliyyatlarda Azərbaycanın öz töhfələrini verməsindən, beynəlxalq təhlükəsizliyin yeni təhdidləri fonunda NATO-nun rolunun müəyyənləşdirilməsi məsələlərindən söz açılıb. Tədbirdə Müdafiə Nazirliyinin hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi, polkovnik Elman Səmədov çıxış edib.

Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında