Vahid Əhmədov: Ermənistan himayədarları hesabına yaşayır

 

 

 

Milli Məclisin deputatı Vahid Əhmədov  dünya birliyinin ikili standartlardan çıxış etməsinə münasibət bildirərkən demişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi nəticəsində Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşmüşdür.

Beynəlxalq ictimaiyyət bu dəhşətli cinayətə göz yumur və Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etməkdən boyun qaçırır.

Ümumiyyətlə, beynəlxalq aləmdə Azərbaycanın qazandığı möhtəşəm uğurlara qısqanclıqla yanaşırlar, çünki  xüsusilə son 10 ildə Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində daha sürətlə inkişaf etmişdir: “Ermənistan isə faktiki olaraq tənəzzülə uğramış bir dövlətdir, ancaq himayədarlarının hesabına yaşayır”.

V.Əhmədov cəbhədəki son təxribatları da siyasi oyunların nəticəsi hesab edir: “Görünür, bu təxribatları törətməklə Azərbaycana hansısa təzyiqlər göstərməyə çalışırlar ki, biz hansısa şərtləri qəbul edək. Ancaq bu, mümkün deyil, Azərbaycan müstəqil siyasət yeridən güclü dövlət kimi özünü artıq dünyada təsdiqləyib və  dövlət başçımızın apardığı xarici siyasət tamamilə düzgün siyasətdir”.

V.Əhmədov bildirir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, danışıqları pozur: “Ancaq Ermənistan səhv mövqedədir, çünki bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın əraziləridir və Azərbaycan gec-tez sülh yolu ilə olmasa da, müharibə yolu ilə öz torpaqlarını geri qaytaracaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında