Avropa İttifaqı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son silahlı insidentlərdən narahatdır

 

Avropa İttifaqı (Aİ) son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca insanların ölümünə səbəb olan silahlı insidentlərdən narahatdır. Bu barədə Trend Aİ-nin Azərbaycandakı missiya ofisinin məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir: “Biz hər iki tərəfi dərhal atəşkəs rejiminə riayət etməyə başlamağa, güc tətbiqindən və ya istənilən hədələrdən çəkinməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri davam etdirməyə çağırırıq”.

Aİ xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması üzrə səylərin aktivləşməsində iştirak etməyə və ATƏT-in Minsk qrupunun tam dəstəyi ilə sülhün əldə edilməsi üzrə səylərə töhfə verməyə hazırdır.

Aİ-nin məlumatında qeyd edilir: “Biz ATƏT-in Minsk qrupunun səylərinə və 3 həmsədrin işinə, xüsusilə 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüşdə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə danışıqları davam etdirməyin zəruriliyinə tam dəstəyimizi yenidən təsdiq edirik”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında