Aydın MİRZƏZADƏ: Leyla Yunusun anti-azərbaycan fəaliyyəti həmkarları tərəfindən də qəbul edilmirdi

“Sülh və Demokratiya İnstitutu” adlı təşkilatın təsisçisi və direktoru Leyla Yunusun Ermənistan xüsusi xidmət orqanları ilə əlbir olması və Azərbaycan haqqında reallıqdan uzaq, böhtan xarakterli məlumatlar yayması ölkəmizdə ciddi narazılıqla qarşılanır. Azərbaycan ictimaiyyətinin nümayəndələri düşmən dəyirmanına su tökən Leyla Yunusun növbəti hay-küyünə tutarlı cavab verir və ölkəmizin nüfuzuna xələl gətirmək istəyən şəxsi qınayırlar. Milli Məclisin deputatı Aydın Mirzəzadə də Leyla Yunusun Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirdi.

A.Mirzəzadə hələ cari ilin iyun ayında mətbuata açıqlamasında bildirmişdi ki, Leyla Yunus Azərbaycanın milli maraqlarına zidd hərəkəti ilə tanınır: “Gurultulu adla bir təşkilat yaratmaqla cəmiyyətdə nəsə etmək mümkün olmur”. Parlamentin üzvü əmin olduğunu qeyd etmişdi ki, Leyla Yunus korlanmış imicini bərpa etmək, yaxud özünün siyasi baxışlarına görə təqib olunan şəxs kimi imicini yaratmağa çalışır. A.Mirzəzadə indi də əmin olduğunu bildirir ki, Leyla Yunus anti-azərbaycan mövqeyindən çıxış edir: “Özünü hüquq müdafiəçisi kimi təqdim etməyə çalışsa da, indiyə qədər onun konkret nə işlə məşğul olduğunu demək çox çətindir”. Onun sözlərinə görə, Leyla Yunus 1992-93-cü  illərdə AXC-Müsavat hakimiyyətinin əsas fiqurlarından biri idi və bir illik hakimiyyət Azərbaycanı vətəndaş müharibəsi və müstəqilliyini itirmək həddinə gətirib çıxardı. “Sonradan Leyla Yunus müəyyən müddətə “gözdən itdi”,  radikal və təxribat xarakterli bəyanatlar səsləndirməklə “parladı”. Bununla yanaşı, istər Azərbaycanda, istərsə də, ölkə xaricində o, Ermənistan nümayəndələrinin çağırışları  ilə  üst-üstə düşən bəyanatlar səsləndirərək Azərbaycan hökumətinə təzyiq etməyə çağırırdı.

Milli Məclisin  deputatı Leyla Yunusun qanunsuz şəkildə fəaliyyət göstərməsinə də münasibət açıqlayır: “Leyla Yunus Azərbaycanın Avropa Şurasına qəbulunun, Azərbaycanda “Eurovision” mahnı yarışmasının keçirilməsinin əleyhinə idi, eləcə də o, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının keçirilməsinin əleyhinədir. Tək əleyhinə olsaydı, məsələyə diqqət etməmək olardı. O, QHT yaradır və onu dövlət qeydiyyatına keçirməkdən imtina edir. Əlbəttə, bunu etsəydi, onda xaricdən aldığı böyük məbləğdəki qrantlar barəsində rəsmi hesabat verməli olardı. Ancaq o, yaddan çıxarırdı ki, bu artıq qanunsuz sahibkarlıq fəaliyyətidir".

A.Mirzəzadə Leyla Yunusun yaratdığı “Sülh və Demokratiya İnstitutu”nun Ermənistan qeyri-hökumət təşkilatları ilə olan sıx əməkdaşlıq əlaqələrinə də diqqət yetirməyi vacib sayır: “O, QHT yaradır və nədənsə ən sıx əlaqələrini Ermənistanın QHT-lərilə yaradır. Sadəcə əlaqələr də problem yaratmır, ancaq bu fəaliyyətin qaranlıq tərəflərinə dair isə Azərbaycanın hüquq-mühafizə orqanlarının artıq müəyyən sualları var”. Parlamentin üzvü digər QHT nümayəndələrinin Leyla Yunusun apardığı anti-azərbaycan siyasətinə qarşı olduqlarını da xatırladır: “O, QHT yaradır və onu gah siyasi cəbhədə, gah insan hüquqları sahəsində istifadə etməyə çalışır. Ancaq bu fəaliyyət hətta bu sektorun tanınmış nümayəndələri tərəfindən qəbul edilmirdi. Çünki onu ancaq Azərbaycan əleyhinə fəaliyyət maraqlandırırdı, həmkarlarısa onun bu xüsusi marağında müttəfiq olmaq istəmirdilər”.

Aydın Mirzəzadə bir sıra müxalifət partiya nümayəndələrinin Leyla Yunusla bağlı etdikləri çıxışlara da münasibətini açıqlayır: “İndi bəzi müxalifət partiyaları onun müdafiəsinə qalxırlar. Diqqət çəkən odur ki, onlar da Leyla Yunusla vaxtıyla bir siyasi komandada idilər. Ola bilsin ki, onların Leyla Yunusun ittiham edildiyi məsələlərdə birbaşa iştirakı yoxdur, ancaq necə deyərlər, mənə dostunu göstər,  kim olduğunu deyim...

Hazırladı:

 S.MƏMMƏDOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında