Rusiya XİN Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanatla çıxış edib

 

Rusiya XİN Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanatla çıxış edib.

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Mariya Zaxarovanın bəyanatında deyilir: “Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsi nəticəsində xeyli insan tələfatı ilə əlaqədar ciddi narahatlığımızı bildiririk. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

Bəyanatda vurğulanır ki, Rusiya XİN son günlərdə baş vermiş hadisələri “atəşkəs haqqında razılaşmaların və münaqişənin siyasi vasitələrlə tənzimlənməsinə nail olmaq niyyətləri barədə bəyanatların ciddi pozuntusu” hesab edir.

Sənəddə deyilir: “Biz bunu əsas götürürük ki, münaqişənin daha da kəskinləşməsi yolverilməzdir. Qarşıdurmanın bütün iştirakçılarını təmkinlilik göstərməyə, güc tətbiq etməkdən çəkinməyə və vəziyyətin sakitləşməsinə yönəlmiş təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında