ABŞ Dövlət Departamenti qoşunların təmas xəttində vəziyyət barədə bəyanatla çıxış edib

 

 

ABŞ Dövlət Departamenti Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində yaranmış vəziyyətlə əlaqədar bəyanatla çıxış edib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf deyib: “İyulun 31-də qoşunların təmas xəttində zorakılığın genişlənməsi nəticəsində xeyli insan tələfatı baş verməsi ABŞ-ı narahat edib. Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı verir, tərəfləri gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə hörmət etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli istisna edilməlidir. Qisasçılıq aktları və zorakılığın davam etdirilməsi münaqişənin dinc yolla tənzimlənməsini yalnız mürəkkəbləşdirər”.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan prezidentlərini mümkün qədər tezliklə görüşməyə və əsas məsələlərə dair dialoqu bərpa etməyə çağırıb. M.Harf sonda deyib: “Biz tərəfləri ATƏT-in sədrinin dəvətini qəbul etməyə və sülh müqaviləsi bağlanmasına gətirib çıxara biləcək danışıqlara başlamağa çağırırıq. Biz Minsk prosesinin tərəfdarıyıq və tənzimləmə səylərinə kömək etməyə hazırıq”.

Xatırladaq ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribat aktından sonra yaranmış gərgin vəziyyət davam edir. Erməni silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə məhəl qoymadan, suveren Azərbaycanın ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu hələ də işğal altında saxlayır.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında