Türkiyənin xarici işlər naziri Naxçıvanda qısamüddətli səfərdə olmuşdur

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İğdır vilayətinə səfərini başa çatdırdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna gəlmişdir.
Türkiyəli naziri və onu müşayiət edən şəxsləri Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov və digər rəsmi şəxslər qarşılamışlar.
Türkiyə ilə Naxçıvan arasındakı gömrük-keçid məntəqəsinin əhəmiyyətindən danışan nazir keçid prosedurunun çox asan olduğunu bildirmişdir.
Əhməd Davudoğlu bəyan etmişdir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəkdir. Son vaxtlar yerli və xarici mətbuatda Türkiyə- Ermənistan sərhədinin açılacağı haqqında dərc olunan yazılara münasibət bildirən nazir qeyd etmişdir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyincə sərhədlərin açılmasından söhbət gedə bilməz.
Rayon ərazisini gəzdikdən sonra gömrük-keçid məntəqəsi ilə tanış olan nazir Türkiyəyə qayıtmışdır.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında