Fazil Mustafa: Milli maraqlarımıza xor baxanların bir adı var: Vətən xaini

 

 

“Sülh və Demokratiya İnstitutu” adlı qurumun təsisçisi və direktoru Leyla Yunusun Ermənistanın xüsusi xidmət orqanları ilə əlbir olması və ölkəmiz haqqında qərəzli, böhtan xarakterli məlumatlar yayması ictimaiyyətin ciddi narazılığına səbəb olub.

Məlum olub ki,  ermənipərəst hüquq müdafiəçisi ayrı-ayrı şəxsləri də casusluğa cəlb edərək Ermənistana danışıqlara göndərir, düşmən ölkədə Azərbaycan əleyhinə təbliğat aparılmasına çalışırmış.

Leyla Yunusun antimilli  hərəkətləri artıq ifşa olunub. Xəbər verildiyi kimi, üzdəniraq hüquq müdafiəçisi haqqında artıq hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Azərbaycanda yaşayan, bu ölkənin vətəndaşı adını daşıyan L.Yunusun xəyanətkar əməlləri ziyalılar və ictimai-siyasi xadimlər tərəfindən kəskin pislənilir və belə bir xəyanətkarın qanunla cəzalandırılması tələb olunur.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bu məsləyə münasibət bildirərkən demişdir:

— Bizim partiyamızın üzvləri belə antimilli hərəkətləri qınayır. Biz tərəfdarıyıq ki, milli maraqlarımıza zidd hərəkət edənlər qanunla cəzalandırılsın. Hazırda  Leyla Yunusun işi ilə bağlı istintaq aparılır və ümid edirik ki, bu barədə müvafiq doğru qərar qəbul olunacaq. Əgər Leyla Yunus haqqında deyilənlər öz təsdiqini taparsa, bu, olduqca narahatedici bir məqamdır. Eyni zamanda, ölkəmizin milli təhlükəsizliyi baxımından yaxşı hal deyil. Hesab edirəm ki, belə məsələlərdə bütün vətəndaşlarımız çalışmalıdırlar ki, düşmən ölkə ilə münasibətlərdə ölkəmizin milli maraqlarının qorunması ən vacib vəzifə kimi önə çəkilsin.

 Leyla Yunusun ifşa olunması digər vətəndaşlar üçün də ciddi mesaj olmalıdır. Milli maraqlarımıza xor baxanların bir adı var: Vətən xaini.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında