ABŞ jurnalistləri ölkədəki siyasi senzuraya ciddi etiraz edirlər

Dünyanın kütləvi informasiya vasitələri xəbər verirlər ki, Amerika Birləşmiş Ştatlarının  müxtəlif mətbuat  vasitələrində çalışan yüzlərlə  jurnalist bütün ölkələrə demokratiya dərsi keçmək istəyən ABŞ rəsmilərini çıxılmaz vəziyyətdə qoyub. Peşəkar  jurnalist təşkilatlarının rəhbərliyi ilə təşkil olunan etiraz aksiyalarında  Barak Obama Administrasiyasının fəaliyyətində açıq şəkildə siyasi motivli senzuranın olduğu iddia edilir. İddiaya görə, mətbuata təzyiq göstərilir, informasiya vasitələrinin fəaliyyətinə sərbəstlik verilmir və sair.

38 mətbuat vasitəsini təmsil edən jurnalistlərin ölkə Prezidenti Barak Obamaya ünvanladıqları məktubda qeyd olunur ki, ABŞ hökumətinin mətbuat vasitələrinin  informasiya əldə etməsinə qoyduğu məhdudiyyətlər “böhran  həddinə”çatmışdır. Halbuki Prezident Barak Obama seçkiöncəsi müsahibə və görüşlərində  mətbuat azadlığı üçün böyük imkanlar açacağı, şəffaf şərait yaradacağı barədə vədlər vermişdi. İndi mətbuat vasitələri dövlət başçısını həmin vədləri yerinə yetirməməkdə ittiham edirlər.

“Washinqton Examiner”in yazdığına görə Prezidentin seçkidən qabaq verdiyi vədlərin yerinə yetirilməsi əvəzinə, dövlət lobbi qruplarının, maddi maraq umduqları şəxslərin və  imkanlı adamların arzu-istəyinə uyğun şərait yaradıb. Məktub müəllifləri soruşurlar ki,  mətbuat üçün vəd edilən şəffaflıq və açılan yollar budurmu?

Bundan başqa, KİV təmsilçiləri şikayətlənirlər ki, ABŞ-ın dövlət və hökumət orqanlarında çalışan məmurları  mətbuat vasitələrinin onlarla ünsiyyət qura bilməsinə ciddi qadağa qoyublar.  Eləcə də jurnalistlər şikayətlənirlər ki, mətbuatın dövlət orqanlarına ünvanladığı sualların böyük əksəriyyəti cavabsız qalır, bir qədər tənqidi məzmunlu yazıların müəllifləri isə dərhal “qara siyahı”ya  salınırlar.

Kütləvi informasiya vasitələrinin bu xəbərini oxuyanda sual yaranır: Bəs bu ölkənin bəzi hüquq müdafiəçiləri nə üçün kiməsə demokratiya dərsi keçəndə öz həqiqətlərini unudurlar?  Bundan başqa, Azərbaycanda keçirilmiş sonuncu prezident seçkilərində müşahidəçi kimi iştirak etmiş  bir nəfər amerikalı xanım demişdi ki, kaş mənim ölkəmdə də belə azad seçki və azad mətbuat olaydı. O zaman Bakıda çıxan müxalifət qəzetləri həmin xanımın ifadəsini “hoydu-hoyduya” götürmüşdülər ki, üzgörənlik edir.  İndi necədir, 38 mətbuat vasitəsini təmsil edən yüzlərlə ABŞ jurnalisti də üzgörənlik edirmi? Yox! Sadəcə, həqiqət elədir ki, onu çuvalda gizlətmək olmur.   Doğrudur, biz ölkəmizin strateji tərəfdaşı olan ABŞ-da baş verənlərə qarışmaq, oradakı həmkarlarımızın hüququnu müdafiə etmək istəmirik. Sadəcə, bizdə mətbuat azadlığı  heç bir yöndən əngəllənmədiyinə görə, faktı oxuculara olduğu kimi təqdim edirik. Vəssalam, şüttamam!

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında