Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayır

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir.
MSK-nın mətbaut xidmətindən bildirmişlər ki, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan kurslar sentyabrın 1-dən 3-dək regionlarda keçiriləcəkdir.
Kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçirəcəklər.
MSK 2007-ci və 2009-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında