Azərbaycan Prezidentinin Strasburqdakı çıxışı qlobal düşüncə tərzinin parlaq nümunəsidir

Azərbaycan Respublikası müstəqillik illərində özünün daxili və xarici siyasətini yeni müstəvidə quraraq regionda və beynəlxalq miqyasda böyük uğurlara imza atmışdır.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi bu yolda mühüm addımlardan birinə çevrilmişdir.

XX əsrin 90-cı illərinin əvvəllərində təklənən Azərbaycan indi beynəlxalq aləmdə mütərəqqi ölkələr, tərəqqipərvər bəşəriyyət, sülhsevər insanlar tərəfindən dəstəklənir, çünki Azərbaycanın tutduğu yol tərəqqi yolu, demokratiya yolu, sülhsevərlik və insanpərvərlik yoludur.

Cənab Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın dünya miqyasındakı dostları çoxalmışdır və bu, özünü hər addımda hiss etdirir. 2011-ci il oktyabrın 24-də 155 ölkənin nümayəndələrinin yekdilliklə verdikləri səsə görə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsi, ölkəmizin Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bunun əyani sübutlarındandır.

Bu il iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı hamımızın ürəyincə oldu. Çünki Azərbaycan gözlərimiz önündə durmadan böyüyür, inkişaf edir, nüfuzlu dünya təşkilatları ilə iş birliyi qurur. Ölkəmizdə bütün insanların, o cümlədən tələbə-gənclərin inkişafına, sağlam əqidəli, vətənpərvər, təhsilli gənclərin yetişməsinə yaxından diqqət və qayğı göstərilir. Əgər əvvəllər nəsə bir yenilik olanda beynəlxalq standartlardan danışırdıqsa, indi artıq fəxrlə Azərbaycan standartlarından söhbət açırıq. Azərbaycanda mətbuat azadlığı, söz azadlığı tam mənada bərqərar olmuşdur və heç bir diletant qüvvə bunun üstünə kölgə salmağa qadir deyildir.

Cənab Prezident İlham Əliyevin Srasburqdakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulması, bəşəriyyətin diqqətinin bu ağrılı məsələyə yönəldilməsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinin bəşəriyyətə qarşı yönəlmiş siyasət olduğu bir daha məntiqi cəhətdən sübuta yetirildi. Bu siyasətin fəsadlarının dünya sivilizasiyası üçün təhlükəli olduğu və belə bir çürük siyasətin qarşısının birlikdə alınmasının zəruriliyi qətiyyətlə bəyan edildi. İşğalçı Ermənistan rəhbərliyi XX əsrin əvvəllərində Azərbaycan torpaqlarının hesabına qurduqları Ermənistan dövlətinin bünövrəsinin olmadığını dərk etməli, Azərbaycan torpaqlarını birdəfəlik tərk etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin yüksək kürsüdən etdiyi çıxışında “Bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir”, – deməsi bütün Azərbaycan xalqı kimi, Azərbaycan Tibb Universiteti kollektivinin də qəlbini iftixar hissi ilə doldurur, onun apardığı daxili və xarici siyasəti xalqımız ürəkdən bəyənir və dəstəkləyir.

Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikası sürətlə müasirləşdiyi kimi, onun müdrik siyasəti və qətiyyəti ilə torpaqlarımız da tezliklə işğaldan azad ediləcək, ədalət zəfər çalacaqdır.

 

Əhliman  ƏMİRASLANOV,

Azərbaycan Tibb Universitetinin  rektoru, akademik,

SSRİ Dövlət mükafatı laureatı,

Milli Məclisin deputatı

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında