Aydın MİRZƏZADƏ: Prezident İlham Əliyev AŞ PA sessiyasında çıxışı zamanı ölkənin lideri kimi Azərbaycanın mövqeyini qətiyyətlə ortaya qoydu

“Cənab Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxışı zamanı güclənən, öz maraqlarını bilən və qoruyan, demokratiyaya bağlı olan bir ölkənin lideri kimi Azərbaycanın bir sıra məsələlərə dair mövqeyini qətiyyətlə ortaya qoydu.

Eyni zamanda, AŞ PA Nazirlər Şurasına yarım il rəhbərlik edəcək bir ölkə kimi Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı uğurlarımızdan danışdı”.

Bunu Trend-ə millət vəkili Aydın Mirzəzadə demişdir.

Millət vəkili Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğal edilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinin sessiyada kəskin şəkildə qaldırılmasının münaqişənin həllinə diqqəti artıracağını vurğulamış, Azərbaycan Prezidentinin obyektiv mövqeyini yüksək dəyərləndirmişdir: “Dövlət başçısı bildirdi ki, Ermənistan beynəlxalq hüquq normalarını pozub və beynəlxalq birliyi bu məsələyə obyektiv münasibət bildirməyə, Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Hesab edirəm ki, cənab Prezident növbəti dəfə yüksək tribunadan Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən imtina edən və sivil qaydaları qəbul etməyən bir ölkə olduğunu bir daha göstərdi və ikili standartlardan əl çəkərək Ermənistana qarşı müvafiq tədbirlər görülməsinə çağırış etdi. Çünki belə bir əməli digər ölkə etsəydi, çoxdan beynəlxalq aləmdən təcrid olunmuşdu, artıq sanksiyalara məruz qalmışdı. Ancaq Ermənistana qarşı yumşaqlıq edilir”.

Deputat bildirmişdir ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən birinin Ermənistana qarşı sanksiyalar tətbiq etməsi Ermənistanın qısa müddət ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün kifayətdir: “Azərbaycan Prezidenti bu qətiyyətli çıxışında növbəti dəfə Ermənistanı tənqid atəşinə tutdu və Ermənistanın artıq öz mövqeyini müdafiə etməkdə ciddi çətinliklər çəkməsi hiss edildi”.

A.Mirzəzadə qeyd etmişdir ki, Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, prinsipiallığı, qətiyyəti AŞ PA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında