Dünya Prezident İlham Əliyevin şəxsində sistemli analitik təhlil qabiliyyətinə malik dövlət xadimi gördü

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış etmiş və AŞPA-nın deputatlarının suallarını cavablandırmışdır.

Dövlət başçısının düşmən ölkənin atəşkəsi pozması və hələ də sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlı məntiqli fikirləri ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılanmış və ekspertlər bunu yüksək qiymətləndirmişlər.

Əli Məsimli, Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri :

Heç bir mübaliğəyə yol vermədən demək olar ki, Prezident İlham Əliyevın bütün beynəlxalq forumlarda Azərbaycanı çox yüksək səviyyədə təmsil etməsi təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də hamının diqqətini çəkir. Həmişə olduğu kimi, bu dəfə də AŞPA-nın sessiyasında Prezident Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə sərgiləmək və dünya ictimaiyyətinə çatdırmaq baxımından çox sanballı və əsaslandırılmış bir çıxış etmişdir. Prezident həm öz çıxışında həm də çıxışdan sonrakı sualları cavablandırarkən yüksək səviyyə nümayiş etdirərək, ölkəmiz haqqında tam təsəvvür yaratdı. Eləcə də aktual problemlər barədə maksimum informasiya verməklə yanaşı,  Azərbaycanın birmənalı mövqeyini çatdıra bildi və zəruri mesajları ilə diqqəti cəlb etdi.  Dövlət başçısı avropalı parlamentarilərə Azərbaycana münasibətdə tətbiq olunan ikili standartları Qarabağ münaqişəsinə yanaşmanın timsalında çox gözəl izah etdi. Prezident bir sıra ölkələrin tətbiq etdiyi ikili standartları xatırladaraq bildirdi: “Əgər xatırlayırsınızsa, burada, Avropa Şurasında Ermənistan prezidenti belə yolverilməz ifadə işlətdi ki, azərbaycanlılar və ermənilər etnik baxımdan birgə yaşaya bilməzlər. Bu, dəhşətlidir. Erməni vandalizmi davam edir.”

Azərbaycan Prezidentinin çıxışında ana xətti təşkil edən və bəzən bədxahlar tərəfindən daxili auditoriya üçün nəzərdə tutulduğu iddia edilən bir tezisin Avropa Şurası Parlament Assambleyasının yüksək tribunasından səsləndirilməsi də böyük önəm daşıyır. Prezident həmin tribunadan birbaşa bəyan etdi ki, iki erməni dövlət ola bilməz. İlham Əliyevin Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını bildirməsi də bu təşkilatın fəaliyyətinə yenidən baxılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İlham Əliyev bildirib ki,Minsk Qrupunnun fəaliyyəti heç bir nəticə vermir. Avropa Şurası bu məsələyə daha aktiv yanaşmalıdır.  Prezident İlham Əliyev Avropa Şurasının bu sahədə rolunun artırılması üçün həm də çox zəruri bir təkliflə çıxış etdi. O dedi: – Dağlıq Qarabağ münaqişəsilə bağlı komitənin bərpa olunması bu yolda vacib addım ola bilər. Həmçinin vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır: Biz bu mexanizmləri birlikdə hazırlamağı təklif edirik. Ərazi münaqişələrinə fərqli yanaşmalardan imtina etmək lazımdır. Biz ikili standartlardan uzaqlaşmalıyıq. İnanıram ki, Prezidentin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı və bu cür zəruri mesajları həm ölkəmizin imiciniə müsbət çalarlar gətirəcək, həm də belə yüksək bir tribunadan Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından faydalı olacaqdır.

 

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında