Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir

Avqustun 26-da Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilmişdir.
AzərTAc xəbər verir ki, növbəti kursu MSK sədrinin müavini Şaitdin Əliyev açaraq, tədbirin əhəmiyyətindən danışmışdır.
Sonra MSK üzvü Qabil Orucov "Parlament seçkiləri üzrə beynəlxalq təcrübə. Seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda məruzə oxumuşdur. O bildirmişdir ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün müşahidəçilik institutunun tətbiqi əsas amillərdən biridir. Adətən müşahidə missiyası üç istiqamətdə - dairə seçki komissiyalarının ərazisində, respublika üzrə və seçkilər günü səsvermənin gedişi ilə bağlı həyata keçirilir. Müşahidəçilik məcburi olmasa da, onun tətbiqi müsbət nəticələr verir. Müşahidə missiyası yerli və xarici, beynəlxalq təşkilatlar tərəfindən yerinə yetirilə bilər. Müşahidəçilər öz fəaliyyətlərini, ilk növbədə ölkə qanunvericiliyi və beynəlxalq müqavilələrdən irəli gələn tələblər əsasında qururlar. Müşahidəçilər yerli şəraiti də nəzərə almalıdırlar.
Q.Orucov müşahidəçilik missiyasının yerinə yetirilməsi zamanı aşağı seçki komissiyaları sədrlərinin və üzvlərinin hüquq və vəzifələri, məsuliyyəti, eləcə də müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat vermişdir.
Sonra Azərbaycan Respublikası baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov "Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri" mövzusunda məruzə etmişdir. R.Usubov dövlətimizin başçısının "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar Baş Prokurorluqda görülən işlərdən, Mərkəzi Seçki Komissiyası ilə prokurorluq orqanları arasındakı əməkdaşlıqdan danışmış, seçkilər zamanı seçki qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini diqqətə çatdırmışdır.
Sonda R.Usubov DSK sədrlərinin suallarını cavablandırmış, onlara uğurlar arzulamışdır.
Sonra "Seçici siyahılarının tərtibi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi" mövzusunda seminar olmuşdur.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Şaitdin Əliyev, MSK üzvləri İlham Məmmədov, Nizami Nadirov, Tofiq Həsənov mövzu ilə bağlı iştirakçılara məlumat vermiş, DSK sədrlərinin suallarını cavablandırmışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında