Otto HAUZER: Almaniya Bundestaqında Azərbaycanı dəstəkləyənlərin sayı artır

Avqustun 26-da Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri ölkəmizdə səfərdə olan Azərbaycan - Almaniya Forumunun sədri, ölkəmizin Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının üzvü Tomas Bareiss ilə görüşmüşlər.
Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvü Rövşən Rzayev ölkələrimiz arasında əlaqələrin tarixindən danışmışdır. O, alman ailələrinin Azərbaycanın qərb bölgələrində hələ XIX əsrdə məskunlaşdığını xatırladaraq, bu gün ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləmişdir. R.Rzayev Azərbaycan həqiqətlərini, mədəniyyət və incəsənətini Almaniyada tanıtmaq istiqamətində dostluq qrupunun imkanlarından yararlanmağın vacibliyini söyləmişdir. Bildirmişdir ki, biz həm Almaniya Bundestaqı, həm də Landataqı ilə daha sıx əlaqələr qurmaqda maraqlıyıq. Almaniya ilə iqtisadi, mədəniyyət və təhsil sahələrində münasibətlərin inkişafı bizim üçün daha vacibdir.
R.Rzayev ötən ilin mayında Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən qətnamənin qəbul edilməsini minnətdarlıq hissi ilə xatırlatmışdır.
Azərbaycana növbəti dəfə səfərindən məmnunluğunu bildirən Otto Hauzer hər gəlişində Bakıda sürətli inkişaf ilə qarşılaşdığını söyləmişdir. Almaniya Bundestaqındakı dostluq qrupunun fəaliyyətindən danışan qonaq qanunverici orqanda Azərbaycanı dəstəkləyən deputatların sayının getdikcə artdığını söyləmişdir. Biz Azərbaycana səmimi tərəfdaşımız kimi baxırıq. Bu gün Almaniyada Azərbaycana səfər etmək istəyənlərin, ölkəmizlə maraqlananların sayı olduqca çoxdur.
O.Hauzer ikitərəfli əməkdaşlıq üçün böyük potensialın olduğunu da söyləmişdir. O, demokratiyanın inkişafı sahəsində Azərbaycanda əldə edilmiş nailiyyətləri xüsusilə qeyd edərək qarşıdan gələn parlament seçkilərinə uğurlar arzulamışdır.
Almaniya Bundestaqının üzvü Tomas Bareiss isə ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu söyləmişdir. Azərbaycanda bu gün sürətli iqtisadi inkişaf hiss olunur. Almaniya iqtisadi sahədə daha sıx əlaqələr qurmaqda maraqlıdır. Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də ən yaxın dost ölkədir.
Tədbirdə Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri Asəf Hacıyev, Çingiz Əsədullayev, Fuad Muradov qonaqlara Milli Məclisin fəaliyyəti, ölkəmizin iqtisadi, siyasi sahədə əldə etdiyi uğurlar, həyata keçirilən iri layihələr, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat vermişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında