Türkiyənin nüfuzlu "Milliyət" qəzeti: "Sözünüzün üstündə durun"

Sentyabrda NATO təlimləri çərçivəsində Türkiyənin Ermənistanla sərhədini müvəqqəti olaraq açacağı barədə yayılan xəbərlər qardaş ölkənin mətbuatında da müzakirə olunur, bu barədə yeni-yeni məlumatlar yayılır.
"Milliyət" qəzetində dərc olunan "Sözünüzün üstündə durun" adlı yazıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun açıqlamalarına geniş yer verilib. Bildirilib ki, rəsmi Bakı əvvəldən də, bu gün də sərhədlərin açılması əleyhinə çıxış edib. Buna görə də Azərbaycan tarixi dostu, əvəzolunmaz strateji tərəfdaşı olan qardaş Türkiyəyə lazımi mesajları çatdırıb.
Ə.Həsənovun açıqlamasına istinad edən qəzet yazır ki, Azərbaycan qapıların hətta müvəqqəti olsa da açılmasının hər iki qardaş ölkənin milli maraqlarına zidd olduğu qənaətindədir. Bu, regionda sülh və təhlükəsizliyin təmininə də ciddi zərbədir. NATO təlimləri çərçivəsində sərhədlərin açılması gələcəkdə arzuolunmaz halın stimullaşdırılmasına gətirib çıxara bilər. Digər tərəfdən, Türkiyənin Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasında heç bir diplomatik əlaqələr qurulmayacaq, sərhədlər açılmayacaq. Azərbaycan tərəfi bu qənaətdədir ki, Türkiyənin loyallıq nümayiş etdirməsi və qapıları açması işğalçı rejimi cəsarətləndirəcək, əl-qolunu açacaq və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların dalana dirənməsinə səbəb olacaqdır. Qardaş ölkənin nüfuzlu "Milliyət" qəzeti belə yazır.

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında