Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Braziliyanın Azərbaycandakı səfiri Paulo Antonio Pepeira Pinto ilə görüşmüşdür.
Ali Məclisin sədri 2009-cu ildə Azərbaycanda Braziliyanın səfirliyinin açılmasını ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi olduğunu bildirmiş, muxtar respublikanın statusu, ərazisi, elm və təhsil müəssisələri barədə qonağa məlumat vermişdir.
Səfir Paulo Antonio Pepeira Pinto Naxçıvana səfərindən məmnunluğunu ifadə etmiş, ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı üçün böyük potensial olduğunu, respublikamızda diplomatik fəaliyyəti müddətində əlaqələrimizin genişləndirilməsi, bu əlaqələrin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini vurğulamış, səmimi görüşə görə minnətdarlığını bildirmişdir.
Səfir ikigünlük tanışlıq səfərində Naxçıvan şəhərinin qədim tarixi abidələri və görməli yerləri ilə tanış olacaq, Heydər Əliyev, Naxçıvan Dövlət tarix və xalça muzeylərinə baxacaq, bir sıra görüşlər keçirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında